Accessibility links

Qubad İbadoğlu: Azərbaycan iqtisadiyyatı orta gəlir tələsinə düşüb


İqtisad elmləri doktoru Qubad İbadoğlu Azərbaycan iqtisadiyyatında tənəzzül və tənəzzüldən çıxış yolları barədə məqalə yazıb. Onun Facebbok səhifəsində dərc etdiyi məqaləsini təqdim edirik:

Ölkədə makro-iqtisadi sabitlik təmin olunmayınca ayrıca olaraq nə bank-maliyyə bölməsində, nə sərmayə qoyuluşunda canlanma, nə də ki, ölkə əhalisinin sosial durumunda yaxşılaşma gözləməyə dəymir.

İqtisadiyyatda dəyər zəncirlərinin əhəmiyyətli rolu bu məsələyə kompleks yanaşmanı tələb edir. Odur ki, hazırkı hakimiyyətin qarşısında duran həlli vacib məsələ 2016-cı ildən qərarlaşmış eniş tendensiyasını dayandırmaq, pozitiv nəticələr təqdim etməklə ümumi situasiyanı dəyişməkdir. Amma, artıq ikinci ildir ki, iqtisadiyyatda davam edən tənəzzül getdikcə dərinləşir və real sektorda daha çox mənfi izlər buraxır. Belə ki, cari ilin 4 ayının yekunlarına görə milli sənaye istehsalında məhsul buraxılışı 2016-сı ilin yanvar-aprel aylarına nisbətən 6 faiz azalıb. Sənayedə tənəzzülün dərinləşməsinin başlıca səbəbi mədənçıxarma sahəsində istehsalın 10 faizə qədər azalması ilə izah oluna bilər. Bu isə Azərbaycan iqtisadiyyatının hətta neft qiymətlərinin aşağı səviyyəsində belə yenə də mədən hasilatı sənayesindən asılı vəziyyətdə olduğunu göstərir.

Hazırda iqtisadiyyatda müşahidə olunan mənfi tendensiyalardan biri də bu ildən neft bölməsinin iqtisadiyyatda payının artmasıdır. Bu dövr ərzində müvafiq göstərici 41,8 faiz təşkil edib. Halbuki, ötən ilin yekunlarına görə, ÜDM-də qeyri-neft bölməsinin payı 35 faiz təşkil edirdi. Bu ilin ilk 4 ayında mədənçıxarma sektorunda neft hasilatının 9,5 faiz, əmtəəlik qaz hasilatının isə 0,2 faiz azalmasına baxmayaraq ÜDM-də neft bölməsinin payının artması, qeyri-neft sektorunun ÜDM-də xüsusi çəkisinin ötən ilki 65 faizdən bu ilin 4 ayında 58 faizə düşməsi iqtisadiyyatın kiçilməsinin və qeyri-neft bölməsində tənəzzülün dərinləşməsinin nəticəsidir. Bu tendensiya Azərbaycan iqtisadiyyatının gələcəyi üçün tutqun perspektivlər vəd edir.

Bütün bunlarla yanaşı əhalinin hər nəfərinə düşən ÜDM istehsalı da ötən il 4,9 faiz, bu il isə 2,3 faiz azalıb. Adambaşına düşən ÜDM istehsalının ötən ilki nəticəsinə ($ 3,556) görə, Azərbaycan Dünya Bankının təsnifatında ortadan yuxarı ölkələr qrupundan ($4,036 - $12,475) çıxaraq ortadan aşağı ölkələr qrupuna ($1,026 - $4,035) düşüb.

Azərbaycanla yanaşı, Ekvatorial Qvinea, Monqolustan, Rusiya, Senaqal, Tonqa, Tunis, Venesuelada da dəyişiklik mənfiyə doğru olub, lakin qonşu Gürcüstanda əks proses baş verib, onlar ortadan aşağı ölkələr qrupundan çıxaraq ortadan yuxarı ölkələr qrupuna keçid ediblər.

Azərbaycanın bu gedişlə 2020-ci ilədək 2015-ci ildən əvvəlki mövqeyini bərpa edəcəyi real görsənmir. Çox güman ki, Azərbaycan hələ bir müddət Dünya Bankının orta gəlirli ölkələr qrupunda hərəkət edəcək. Buna iqtisadiyyatda orta gəlir tələsi deyilir. Azərbaycanın düşdüyü bu tələdən çıxması yalnız və yalnız islahatlardan asıldır.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG