Accessibility links

Bank hesablarından oğurluğa cəhd edən qrup tutulub


Qrup 10 nəfərdən ibarət olub

Azərbaycan Daxili İşlər Nazirliyi bank hesablarından oğurluğa cəhd göstərən qrup tutub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, 10 nəfərdən ibarət qrup xarici ölkə vətəndaşlarına aid bank kartlarından respublika ərazisində onlayn ödənişlər edib, müxtəlif hesablara külli miqdarda pul vəsaiti köçürüb və vətəndaşların bank hesablarından oğurluq etməyə cəhd göstərib.

Faktla bağlı DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 177.2.3-1, 177.3.2 və 272.2.2-ci (elektron məlumat daşıyıcılarından istifadə etməklə oğurluq, komputer məlumatlarını qanunsuz ələ keçirmə) maddələri ilə cinayət işi başlanılıb.

İş üzrə Sumqayıt şəhər sakinləri Ruzigar Bəylərov, Həmid Əzimzadə, Səbuhi Quliyev, Bakı şəhər sakini Elnur Ağayev, Laçın rayonunda anadan olmuş Elxan Abdulkərimov və qrupun digər üzvləri müvafiq maddələrlə təqsirli bilinərək həbs edilib.

XS
SM
MD
LG