Accessibility links

Sentyabr ayından Azərbaycanda bank ombudsmanı institutu fəaliyyətə başlayacaq


Banklar
Banklar

Sentyabr ayında Azərbaycanda bank ombudsmanı institutu fəaliyyətə başlayacaq.

Bu barədə Azərbaycan Banklar Assosiasiyasının (ABA) məlumatında yer alıb.

Məlumatda bildirilir ki, bank ombudsmanı institutunun yaradılmasında məqsəd müştərilərin banklara etimadının gücləndirilməsi və tərəflər arasında yaranan mübahisələrin məhkəməsiz həll edilməsidir.

Ombudsman kreditlərin ödənilməsi və əmanətlərin qaytarılmasına aid çətinliklərin aradan qaldırılması məsələlərində vasitəçi qismində çıxış edəcək.

İlkin mərhələdə bank ombudsmanı 2 min dollar və ya 3 min manata kimi maliyyə mübahisələrinə baxacaq.

Bank ombudsmanı ABA yanında fəaliyyət göstərəcək.

Azərbaycanda 1,8 milyard manat həcmində vaxtı keçmiş kreditin olduğu bildirilir.

Bank ombudsmanının yaradılması ilə bağlı qərar bu il aprelin 14-ü Azərbaycan Banklar Assosiasiyasının (ABA) Rəyasət Heyətinin iclasında qəbul olunub.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin və Pezeşkian Aşqabadda görüşüb
please wait

No media source currently available

0:00 0:11:12 0:00
XS
SM
MD
LG