Accessibility links

Azərbaycan nefti 70 dollaradək bahalaşıb


"AzəriLayt" markalı neftin bir barrelinin qiyməti 1.30 dollar bahalaşıb.

Azərtac agentliyinin məlumatına görə, hazırda Azərbaycan nefti 69.89 dollara satılır.

Hazırkı rəqəm son illərdə Azərbaycan neftinin qeydə alınan ən yüksək qiymətidir.

Londonun ICE (InterContinental Exchange Futures) birjasında "Brent" markalı neftin bir barrelinin qiyməti də 0.33 dollar artıb.

Hazırda "Brent" nefti 68.17 dollara satılır.

Nyu-Yorkun NYMEX (New York Mercantile Exchange) birjasında "Layt" markalı neftin bir barrelinin qiyməti isə 0.52 dollar bahalaşaraq 62.15 dollara yüksəldiyi açıqlanıb.

Bu, son illər Azərbaycan neftinin qeydə alınan ən yüksək qiymətidir.

2014-cü ildən neftin qiymətində ucuzlaşma baş verib.

Azərbaycan "qara qızıl"ının ən baha dövrü 2008-ci ildə qeydə alınıb.

Neft satışından daxil olan gəlirlər Azərbaycan iqtisadiyyatının əsasını təşkil edir.
Neft satışından daxil olan gəlirlər Azərbaycan iqtisadiyyatının əsasını təşkil edir.

Neft üzrə təhlilçilər xam neftin qiymətinin artacağını təxmin edir, çünki böyük neft istehsalçıları hasilat kəsirlərini uzatmaq üzərində razılıq əldə edib.

Təhlilçilər deyir ki, Səudiyyə Ərəbistanındakı siyasi gərginlik, Liviya və Nigeriyada neft hasilatına olan əngəllər və xam neft hasilatını azaldan Venesueladakı iqtisadi tənəzzül də neftin qiymətinin artımına gətirib çıxaracaq.

OPEC və Rusiya başda olmaqla qeyri-OPEC istehsalçıları 2018-nin sonunadək gündəlik hasilatı 1.8 milyon barel azaltmaqla bağlı əldə etdikləri razılığı uzadıblar.

Brent markalı xam neftin gələcək dəyərinin 2018-ci il boyu azı $58.84 dollar olacağı təxmin edilir. Bu isə oktaybr aynın sonunda təxmin edilən $55.71 dollardan $3 dollar daha çoxdur.

Ötən həftə Neft İstehsal Edən Ölkələr Təşkilatı (OPEC) və Rusiya başda olmaqla qeyri-OPEC istehsalçıları izafi təchizata son qoymaq üçün 2018-nin sonunadək gündəlik hasilatı 1,8 milyon barel azaltmaqla bağlı əldə etdikləri razılığı uzadıblar.

Qrup bazar intensivləşsə və qiymətlər çox qalxsa, razılığı pozacağına işarə edib.

Bəzi təhlilçilər OPEC üzvü olmayan ölkələrin, xüsusilə də yeni neft yataqlarındakı hasilatı artırmağı planlaşdıran Rusiyanın razılığa əməl edəcəyi ilə bağlı şübhələrini ifadə edib

XS
SM
MD
LG