Accessibility links

Gəncə Avtomobil Zavodu “Tatra” yük avtomobili buraxacaq


Tatra yük avtomobili
Tatra yük avtomobili

May ayında Çexiyanın sənaye və ticarət naziri Tomas Günerin Azərbaycana səfəri gözlənilir, deyə bu ölkənin Azərbaycandakı səfiri Viteşslav Pivonka bildirib.

Onun sözlərinə görə, bu səfər Gəncə Avtomobil Zavodunda Çexiyanın "Tatra" avtomobillərinin istehsalı ilə bağlıdır.

"May ayına qədər "Tatra" istehsal xətti hazır olacaq və nazir xəttin işə salınmasında iştirak edəcək", deyə o bildirib.

Müvafiq memorandum 18 dekabr tarixində Çexiyanın Azərbaycandakı səfirliyində "Gəncə Avtomobil Zavodu" İstehsal Birliyi ilə "Tatra" şirkəti arasında imzalanıb.

Sənədi İB rəhbəri Xanlar Fətiev və "Tatra" İdarə Heyətinin sədri Pyotr Rusek imzalaylb.

Hazırda avtomobil zavodunda "Belarus" traktoru, "MAZ", "KAMAZ" və "Ural" avtomobilləri yığılır.

XS
SM
MD
LG