Accessibility links

Hökumət Milli Məclisə hesabat verib - Ekspert şərhləri [Video-baş nazirin çıxışı]


Artur Rasizadə
Artur Rasizadə

Analitiklər hökumətin davamlı inkişafı təmin etmədiyini bildirib

Martın 16-da baş nazir Artur Rasizadə hökumətin illik hesabatını parlamentə təqdim edib. Lakin o, öz hesabatında diqqəti ötən ilin yox, son 14 ilin iqtisadi göstəriciləri üzərində cəmləşdirib.

Baş nazir: Gəlirlər artıb, yoxsuluğun səviyyəsi enib

Bu dövrdə ölkədə ÜDM 3,2 dəfə, sənaye istehsalı 2,6 dəfə, adambaşına düşən gəlir 7,2 dəfə, əməkhaqqı 6,8 dəfə artıb.

Yoxsulluğun səviyyəsi 44,7%-dən 5,4%-ə enib.

Ölkənin strateji valyuta ehtiyatları 26,6 dəfə artaraq 2017-ci ildə 42 mlrd. dollara çatıb.

Son 14 ildə ölkədə 1 mln. 900 min iş yeri açılıb.

A.Rasizadə bildirib ki, neft-qaz sahəsində əldə edilən uğurlar digər sahələrin də inkişafına yardım göstərib.

Sosial inkişafa toxunan baş nazir qazlaşdırmanın 51%-dən 93%-dək artdığını qeyd edib.

Əli Məsimli: Problemli kreditlər həllini tapmalıdır

Əli Məsimli
Əli Məsimli

Müzakirələr zamanı deputat Əli Məsimli diqqəti bank sektorunun problemlərinə, əsasən yüksək kredit faizlərinə yönəldib. Onun sözlərinə görə, problemli kreditləri tənzimləmədən bank sektorunu sağlamlaşdırmaq mümkün olmayacaq.

Devalvasiyaya qədər dollarla verilmiş kreditlərin qaytarılması problemini onları dövlət, Mərkəzi Bank, kommersiya bankları və kredit götürənlərin özləri arasında bölməklə həll etmək olar.

Müzakirələrin yekunlarına əsasən deputatlar hökumətin hesabatını qəbul ediblər.

Nemət Əliyev: Əgər hökumətə inansaq...

Nemət Əliyev
Nemət Əliyev

A.Rasizadənin çıxışını şərh edən iqtisadçı ekspert Nemət Əliyev deyib ki, ÜDM artımı neftin qiymətinin yüksək olması sayəsində təmin edilib. Ancaq son 3-4 ildə neftin dünya qiymətinin enməsi səbəbindən ÜDM 2 dəfə azalaraq 75 mlrd. dollardan 35 mlrd. dollara enib.

Onun fikrincə, hökumət davamlı inkişafı təmin etməyib. O həmçinin son 14 ildə 1 mln. 900 min iş yerinin açılması ilə bağlı A.Rasizadənin məlumatını şübhə altına alıb.

"Əgər hökumətə inansaq, deməli, iş ilə təkcə əmək qabiliyyətli insanlar yox, həm də məktəblilər təmin edilib. Digər tərəfdən, hökumət bağlanan iş yerlərinin sayı barədə susur",- N.Əliyev qeyd edib.

O, yoxsulluğun 5%-dək azaldılması barədə fikirlərə də inanmır.

Hökumətin rəsmi məlumatları əsasında müəyyən edilib ki, yoxsulların sayı 1 mln. nəfərə çatır.

2017-ci ildə əhalinin gəlirlərinin 3% artmasına gəlincə, rəsmi məlumatlara görə, qiymət artımı da 5% təşkil edib. "Ancaq reallıqda qiymət artımı 20%-dir, odur ki, əhalinin maddi vəziyyətinin yaxşılaşdırılmasından danışmağa dəyməz", - ekspert bildirib.

O, sahibkarların sıxışdırılmasının davam etdiyini, əlverişli investisiya mühitinin olmadığını deyib.

Qubad İbadoğlu: Elə bil baş nazir sonuncu hesabatını verir

Qubad Ibadoğlu
Qubad Ibadoğlu

Iqtisad elmləri doktoru Qubad İbadoğlu Amerikanın Səsinin sorğusuna cavabda deyib ki, baş nazirin hesabatı əslində ötən ilin yekunları və bu ilin çağırışları üzərində qurulmalıdır.

Amma hesabat ili 2017-ci il olmasına baxmayaraq müqayisələr son 14 il üzərində qurulub və elə bil ki, baş nazir sonuncu hesabatını verir.

Hesabatın konsepsiyasını ölkədə yaradılmış infrastruktur təşkil edir. Bu da sovet dövründə kommunist partiyasının plenunlarında partiya rəhbərlərinin çıxışını xatırladır.

Hesabatda movcud infratsurkturun rəsmi statistik məlumatlarla xarakteriskası verilməklə ölkə iqtisadiyyatının daha çox kəmiyyət qiymətləndirilməsi aparılır ki, orada da yeni nə isə yoxdur. Elə bil ki, baş nazır deyil, statisktika komitəsinin sədri hesabat verir.

Bu sovet dövründə kommunist partiyasının plenunlarında partiya rəhbərlərinin çıxışını xatırladır.

Əslində bu hesabatda keyfiyyət xarakterli qiymətləndirmənin nəticıləri ötən ilin bazasında aparılmalı və cari il üçün planlar açıqlanmalı, hökümətin əhaliyə, biznesə mesajları səsləndirilməlidir.

Təəsssüf ki, baş nazir ölkədə 2 il davam edən ikirəqəmli infilyasiya probemindən, bank sektorunun acınacaqlı vəziyyətindən, kredit qoyuluşunun azalmasından, problemli kreditlərin artmasından, Beynəlxalq Bankın boirclarından, neft gəlirlərinin səmərəsiz xərclənməsindən, işsizlikdən, yoxsulluqdan, regional disporporsiyadan, miqrasiyadan, təhsilin və səhiyyənin keyfiyyətinin azalmasından heç nə danışmayıb.

Odur ki, bu hesabatı sıradan olan və sadəcə bizdə də baş nazir var, hökümət işləyir görüntüsü yaratmaq üçün şou kimi dəyərləndirirəm. Təəssüf edirəm ki, Milli Məclisin üzvləri baş nazirin hesabatını adekvat münasibət sərgiləməyib, tənqidi fikirlər səslənməyib və hesabatın əleyhinə çıxışlar olmayıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Tramp Ağ Ev aparat rəhbərinin adını açıqladı
please wait

No media source currently available

0:00 0:10:02 0:00
XS
SM
MD
LG