Accessibility links

SOCAR və Statoil Qarabağ, Əşrəfi-Dan Ulduzu-Aypara yataqları üzrə saziş imzalayıb


SOCAR-ARDNŞ

Mayın 30-da Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə Norveçin Equinor qrupunun bir hissəsi olan Statoil Azərbaycan şirkəti “Xəzər dənizinin Azərbaycan sektorunda “Qarabağ” neft yatağının işlənməsi ilə əlaqədar risk xidməti” (RXS) və “Xəzər dənizinin Azərbaycan sektorunda Əşrəfi-Dan Ulduzu-Aypara sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü” (HPBS) haqqında sazişlər imzalayıb.

Statoil
Statoil

SOCAR-ın məlumatına görə, “Qarabağ” yatağında kəşfiyyat qazması cari ildə planlaşdırılır. Hazırkı Risk Xidməti Sazişinə əsasən, yataqda platformanın quraşdırılması və ilk hasilat 2021-ci ildə nəzərdə tutulur. HPBS çərçivəsində isə seysmik kəşfiyyat işlərinin yerinə yetirilməsi və ilk kəşfiyyat quyusunun qazılması nəzərdə tutulur. Layihələrin icrası üçün Statoil və SOCAR tərəfindən 50-50 birgə əməliyyat şirkəti yaradılacaq.

XS
SM
MD
LG