Accessibility links

Natiq Cəfərli: Gömrük siyasəti hegemon oyunçuların marağını ifadə edir [Video-müsahibə]


Natiq Cəfərli: Gömrük siyasəti hegemon oyunçuların marağını ifadə edir
please wait

No media source currently available

0:00 0:07:00 0:00

Natiq Cəfərli: Gömrük siyasəti hegemon oyunçuların marağını ifadə edir

İqtisadçı Natiq Cəfərlinin Amerikanın Səsinə müsahibəsi

İqtisadçı Natiq Cəfərli Amerikanın Səsinə müsahibəsində Azərbaycanın gömrük siyasətindən danışıb.

Amerikanın Səsi: Azərbaycanın gömrük siyasəti Avropa İttifaqı ölkələrinin gömrük siyasətinə nə qədər uyğundur?

Natiq Cəfərli: Azərbaycanın gömrük siyasətinin Avropa ölkələrindən tamamilə fərqliliyinin dəfələrlə şahidi olmuşuq. Çünki beynəlxalq qayda və qanunlara əməl olunacaq və beynəlxalq standartlara cavab verəcək gömrük sistemi qurulmayıb, Əsasən daxili oyunçuların, özü də böyük oyunçuların, bazarda hegemon mövqeyə malik olan oyunçuların maraqlarını ifadə edə biləcək bir yanaşma var. Bu gömrüyün fəlsəfəsinə də uyğun gəlmir. Çünki dünyada gömrüyün fəlsəfəsi ondan ibarətdir ki, daxili bazarın qorunmasına, daxili istehsalçıların dəstəklənməsinə xidmət edir. Amma, Azərbaycanda gömrük siyasəti ölkədə istehsal olunmayan malların belə, şox böyük gömrük rüsumları hesabına ölkəyə gətirilməsinə xidmət edir. Bu da əslində gömrüyün ilkin fəlsəfəsinə zidd addımdır.

Amerikanın Səsi: Azərbaycan bir tərəfdən Dünya Ticarət Təşkilatına (ÜTT) üzv olmaq üçün danışıqlar aparır, digər tərəfdən rəqabət mühitini yerli istehsalın və ya sahibkarların xeyrinə dəyişmək üçün bəzi məhsullara əlavə gömrük və vergi rüsumları tətbiq edir? Hökumətin bu siyasətinə münasibətiniz necədir?

Azərbaycan sanki Ümumdünya Ticarət Təşkilatına üzv olmamaq üçün, və yaxud üzvlüyü ertələmək, gecikdirmək üçün danışıqlar aparır.

Natiq Cəfərli: Əslində çox qəribədir, Azərbaycan sanki Ümumdünya Ticarət Təşkilatına üzv olmamaq üçün, və yaxud üzvlüyü ertələmək, gecikdirmək üçün danışıqlar aparır. Çünki ətrafımızda olan ölkələrin hamısı artıq Ümumdünya Ticarət Təşkilatına üzv olub, müəyəyn uzlaşma sənədləri imzalayıb. Azərbaycan isə 1997-ci ildən, artıq 21 ildir ki, bu təşkilata üzvlüklə bağlı danışıqları imitasiya edir, danışıqlar prosesi gedir. Amma üzv olmağa tələsmir. Bunu da daxili istehsalın, əsasən də kənd təsərrüfatına ayrılan subsidiyaların ÜTT-yə üzvlükdən sonra kəsiləcəyi ilə izah etməyə çalışır. Amma, əslində bu doğru yanaşma deyil. ÜTT-nin qaydalarına görə üzv olan ölkələrə ən azı ilk 5 il, danışıqlar nəticəsində isə hətta on il, keçid dövrü üçün müəyyən güzəştlər təriq olunur. Azərbaycan hökuməti bəhanə edərək, əsasən də kənd təsərrüfatı məhsullarının dotosiyasını bəhanə edərək ÜTT-yə üzv omaq istəmir. 2003-cü ildən qonşu ölkələr, - Gürcüstan və Ermənistan, 2015-ci ildə Rusiya və Qazaxıstabn ÜTT-yə üzv olub. Yəni, ətraf ölkələr artıq bu addımı atıb. Azərbaycan isə addım atmaqda tələsmir. Amma, gətirdiyi bəhanələr, hökumətin gətirdiyi arqumentlər yetərli deyil. Çünki ÜTT-yə üzv olmaq rəqabətli mühiti artırmağa xidmət edir. Əksinə, rəqabətli mühiti qısaltmır. Amma, hökumətin verdiyi açıqlama bundan ibarətdir ki, yerli istehsalçılar rəqabətə davam gətirməyəcək deyə, ÜTT-yə üzv olmaq istəmir. Amma, doğru yanaşma deyil.

Amerikanın Səsi: Azərbaycan hökumətinin tranzit siyasəti ilə gömrük siyasəti bir-birini tamamlayırmı?

Azərbaycan tranzitdən pul qazanmaq istəyirsə çox sürətli keçid tətbiq olunmalıdır.

Natiq Cəfərli: Əslində, Azərbaycan hökumətinin son üç ildə atdığı addımlardan belə nəticəyə gəlmək olar ki, Azərbaycanda logistika mərkəzinin yaradılması, həm Şərq-Qərb, həm Cənub-Şimal dəhlizinin Azərbaycan üzərindən bir loqistik mərkəz kimi həyata keçirilməsinə marağı var. Bunun üçün kifayət qədər böyük məbləğdə vəsaitlər də ayrılıb. Bakı-Tbilisi-Qars dəmir yolunun əsas sponsoru Azərbaycan oldu. Bu gün Şimal-Cənub dəhlizi çərçivəsində İran ərazisində yeni dəmir yolu xəttlərinin çəkilməsi prosesi gedir. Onun da sponsoru Azərbaycandır. İrana bu məqsədlə 500 milyon dollar kredit ayrılıb və bu işlərin Azərbaycan vəsaiti hesabına görülməsinə start verilib. Məntiqlə hökumətin marağı varsa “yaşıl keçid” sistemi tətbiq olunmalıdır ki, gömrük xidməti yüklərin keçirilməsində maneçilik yaratmasın. “Yaşıl koridor” sistemi deyilən bir anlayış var, bu tətbiq olunmalıdır. Çox təəssüf ki, hələ ki, bununla bağlı nə qanunvericilik aktlarında, nə də Gömrük Komitəsinin özünün daxili qərarlarında bir yenilik yoxdur. Əgər, bu koridorların işlək hala gəlməsini istəyiriksə, Azərbaycan tranzitdən pul qazanmaq istəyirsə çox sürətli keçid tətbiq olunmalıdır. Burada gömrük orqanlarının üzərinə sürətli keçidi təmin etməsi üçün çox böyük məsuliyyət düşür. Hələlik bununla bağlı qanunvericilik bazası yaradımayıb.

Amerikanın Səsi: Get-gedə fərdlərin ölkəyə gömrük rüsumsuz gətirdikləri malların miqdarı da azaldılır. Məsələn, alkoqollu içkilərin, tütün məmulatlarının gətirilməsinin azaldılması, mobil telefonların qeydiyyatına tətbiq edilən rüsumların artırılması və sair. Belə hallara münasibətiniz necədir?

Nə qədər çox qadağalar varsa, bir o qədər çox korrupsiya hallarının artmasına səbəb olacaq.

Natiq Cəfərli: Tütün məmulatları və spirtli içkilərlə bağlı cəmiyyətin yanaşması birmənalı deyil. Çünki dünyada bu məhsul növlərinə tətbiq olunan vergi və gömrük rüsumlarının artırılması o qədər də neqativ qarşılanmır. Çünki bu məhsulların baha olması daha az istifadə olunmasına gətirib çıxarır. Bu da sağlamlıq nöqteyi nəzərindən heç də pis deyil. Amma, burada fərdi istehlak məsləsi önə çıxır ki, fərdi istehlak üçün gətirilən spirlti içkilərə və tütün məmulatlarına da məhdudiyyətlər qoyuldu. Bu isə daxili bazarda, həm spirtli içkilər, həmdə tütün məmulatları bazarında hegemon olan şirkətlərə daha çox yarıyacaq. Buna görə də sağlamlıq nöqteyi-nəzərdən bunun edildiyi görünmür. Yəni, insanlar öz şəxsi tələbatına uyğun olaraq gətirmək istədikləri spirtli içkilərin və tütün məmulatlarının azalması daxili bazardan həmin məmulatların alınmasına səbəb olacaq. O da daxili bazarda hegemon olan şirkətlərin gəlirlərinin artırılmasına xidmət edəcək. Yəni, bu nöqteyi-nəzərdən ikili yanaşma var. Düşünürəm ki, gömrük rüsumlarının və vergi dərəcələrinin artırılması heç də pis deyil. Bir şərtlə ki, bu, dövlət büdcəsinə daha çox xeyir versin, nəinki korrupsiya hallarını artırsın. Çünki nə qədər çox qadağalar varsa, bir o qədər çox korrupsiya hallarının artmasına səbəb olacaq. Hər iki sahədə gömrük rüsumlarının kəskin artırılması qaçaqmalçılıqın da artmasına səbəb olacaq. Ona görə də burada daha da düşünülmüş siyasətin yeridilməsinə ehtiyac var. O ki, qaldı mobil telefonların gətirilməsinə, çox təəssüf ki, bu fiziki şəxslərə tətbiq olundu. Hüquqi şəxslər, yəni böyük şəbəkələr daha rahatlıqla, rəqabətsiz və rəqibsiz bir mühitdə mobil telefonların satışını həyata keçirib daha çox qazanc götürəcəklər. Çünki bu qaydalar ancaq fərdi qaydada ölkəyə telefon gətirənlərə tətbiq olundu. Bu da böyük bizneslə məşğul olan, yəni böyük şirkətlərin işinə yaradı. Azərbaycan reallığı da bundan ibarətdir ki, böyük şirkətlərin əksəriyyəti çox təəssüf ki, məmur biznesidir, yəni məmurlara aid biznesdir. Belə çıxır ki, bu qaydaların tətbiqi böyük şirkətlərə daha çox gəlir gətirdi.

XS
SM
MD
LG