Accessibility links

Rezident və qeyri-rezident şəxslər 20 min manatadək milli valyutanı ölkədən çıxara və gətirə bilər


Azərbaycan hökuməti ölkəyə rezident və qeyri-rezidentlər tərəfindən milli valyutanın nağd şəkildə və milli valyutada ifadə olunmuş qiymətli kağızlarla çıxarılması və gətirilməsi qaydalarını təsdiq edib.

Nazirlər Kabinetinin qərarında deyilir ki, qaydalar Azərbaycan prezidentinin cinayət yolu ilə əldə edilmiş pul və əmlakın leqallaşdırılmasına və terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə haqqında 8 oktyabr 2018-ci il tarixli fərmanı əsasında qəbul edilib.

Qaydalara əsasən, fiziki şəxslər 20 min manata qədər milli valyutanı, habelə milli valyutada olan qiymətli kağızları nağd şəkildə ölkəyə gətirə və çıxara bilər. Bu zaman gömrük orqanları şifahi şəkildə məlumatlandırılır.

20 min manatdan çox milli valyutanın ölkəyə gətirilmə və çıxarılması zamanı gömrük orqanlarına yazılı bəyannamə verilməlidir.

Qərarda qeyd olunur ki, milli valyutanın nağdsız şəkildə çıxarılması və gətirilməsinə məhdudiyyət qoyulmur.

Xarici valyutalara gəlincə, Nazirlət Kabinetinin 2016-cı il martın 16-da qəbul etdiyi qaydalara görə rezident və qeyri-rezident fiziki və hüquqi şəxslər 10 min ABŞ dolları ekvivalentinədək olan xarici valyutanı gömrük orqanında şifahi formada bəyan etməklə Azərbaycandan nağd şəkildə çıxara bilər.

Rezident və qeyri-rezident fiziki və hüquqi şəxslər 10 min ABŞ dolları ekvivalenti məbləğindən 50 min ABŞ dolları ekvivalenti məbləğinədək olan xarici valyutanı onun əvvəllər Azərbaycana nağd şəkildə gətirilməsini təsdiq edən gömrük sənədlərini və yazılı formada bəyannaməni gömrük orqanına təqdim etməklə Azərbaycandan nağd şəkildə çıxara bilərlər.

Bu hallar istisna olmaqla, bütün digər hallarda xarici valyutanın rezident və qeyri-rezident fiziki və hüquqi şəxslər tərəfindən Azərbaycan Respublikasından çıxarılması yalnız müvəkkil banklar və poçt rabitəsinin milli operatoru vasitəsilə köçürmə yolu ilə həyata keçirilə bilər.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiyada universitet kampusuna silahlı hücum edilib - ölənlər var
please wait

No media source currently available

0:00 0:12:06 0:00

Amerika İcmalı

Amerika İcmalı - 11 Sentyabr hücumlarının 20-ci ildönümü
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG