Accessibility links

Natiq Cəfərli: Elə bir şərait yaradılmalı idi ki, işəgötürülən işəgötürəni maaş sahəsində şəffaflığa məcbur etməkdə maraqlı olsun


Natiq Cəfərli
Natiq Cəfərli

"İstər hökumətin, istərsə də Vergi Nazirliyinin islahatlar aparmaq niyyəti ciddidir və bu islahatların nə dərəcədə əhəmiyyətli olub-olmadığı yaxın vaxtlarda özünü göstərəcək".

Bu barədə iqtisadçı-ekspert Natiq Cəfərli vergi islahatları ilə bağlı şərhində bildirir.

O hesab edir ki, bərabərlik prinsipi pozulduğundan bu islahatlar problemlər də gətirəcək:

"Bərabərliyin pozulması budur ki, islahatlar və ya 7 il müddətinə vergidən azad olunmaq güzəşti ancaq özəl sahəyə tətbiq edilir. Bu isə o deməkdir ki, eyni işi yerinə yetirən dövlət məktəbində dərs deyən müəllim gəlir vergisi ödəməkdə davam edəcək, amma özəl məktəbdə dərs deyən müəllim vergidən azad olunacaq".

İşəgötürülən 6 manat üstəgəl gəlirin 200 manatdan yuxarı hissəsinin 10%-i, işəgötürən isə 44 manat üstəgəl gəlirin 200 manatdan yuxarı hissəsinin 15%-i qədər sosial müavinət ödənişi etməlidir. Bu isə tərəflərə maraqlı deyil. Nəticədə daha az müavinət ödənilməsi üçün işəgötürən iş yerlərinin, işəgötürülən maaşların az göstərilməsində maraqlı olaraq sövdələşməyə gedəcəklər!.

İqtisadçının fikrinə görə, elə bir şərait yaradılmalı idi ki, işəgötürülən işəgötürəni maaş sahəsində şəffaflığa məcbur etməkdə maraqlı olsun. Amma indiki halda işəgötürülən istər kölgə iqtisadiyyatının azaldılmasında, istərsə də şəffaflığın artırılmasında maraqlı görünmür.

"Səbəb də budur ki, 2006-cı ildən bu yana pensiya sisteminin başına elə oyun açıblar ki, insanlar Sosial Müdafiə Fonduna ödədikləri vəsaitlərin geri qayıdacağına əmin deyildirlər. Ona görə də, nisyə pensiyanın dalınca deyil, hazırkı nağd maaşın yuxarı olmasının dalınca gedirlər", ekspert izah edir.

Natiq Cəfərli vurğulayıb ki, nazirliyin hədəf və məqsədi düzgün olsa da, bu hədəf və məqsədi reallaşdıracaq vasitələr sona qədər düşünülməyib.

Milli Məclisin təsdiqlədiyi Vergi Məcəlləsinə dəyişikliyə əsasən, qeyri-dövlət sektorunda işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərindən vergi aylıq əməkhaqqı 8000 manatadək olduqda 0 səviyyəsində, əməkhaqqı 8000 manatdan çox olduqda isə 8000 manatdan çox olan məbləğin 14% həcmində müəyyənləşdirilir. Yeni yanaşmanın 2019-cu il yanvarın 1-dən 7 il müddətində tətbiqi nəzərdə tutulur.

Azərbaycan rəsmiləri isə deyir ki, islahatların məqsədi kölgə iqtisadiyyatını kiçiltməkdir.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG