İranın dini lideri ayətullah Əli Xamneyi sərəncam imzalayaraq Dövlət Televiziya və Radio Təşkilatına yeni sədr təyin edib: Məhəmməd Sərəfraz.
10 ildir İran Dövlət Televiziya və Radiosuna rəhbərlik edən keçmiş “Sepah”çı İzzətullah Zərqaminin səlahiyyət müddəti noyabrın 6-da başa çatır.
“Media forum” saytının məlumatına görə, Məhəmməd Sərəfraz bu təyinata qədər qurumun xarici verilişlər üzrə bölməsinin sədr müavini, “Press TV” şəbəkəsinin müdiri və virtual aləm üzrə Ali Şuranın üzvü idi.