Accessibility links

İranın nüvə proqramı ilə bağlı danışıqlar Almatıda davam edəcək


BMT Təhlükəsizlik Şurasının beş üzvü və Almaniya İranın nüvə proqramını müzakirə etmək üçün cümə günü Qazaxıstanın Almatı şəhərində görüşəcək.

Qərb rəsmiləri Tehranın 5+1-in fevral ayında irəli sürdüyü - beynəlxalq sanksiyalardan bəzilərini yüngülləşdirəcək təklifini qəbul edəcəyinə ümid bəsləyir. Öz növbəsində İran atom bombası istehsalında istifadə edilə biləcək yüksək səviyyəli uranın zənginləşdirməsinə son qoymalıdır.

BMT-nin xarici məsələlər üzrə rəhbəri Katrin Əşton İranla texniki məsələlərlə bağlı aparılmış danışıqların səmərəli keçdiyini deyib və bu danışıqlara ev sahibliyi etdiyi üçün Türkiyəyə təşəkkürünü bildirib. İndi isə o, Almatıya İranın ona olunan təkliflərə münasibətini bilmək üçün gedildiyini deyib.

Çərşənbə axşamı ABŞ dövlət katibi Con Kerri İranın nüvə proqramının dinc məqsədlərə xidmət etdiyini sübut etməli olduğunu deyib.
XS
SM
MD
LG