Accessibility links

Gürcüstan parlamentinin spikeri istefa verdi


Gürcüstan parlamentinin spikeri İrakli Kobaxidze iyunun 21-də istefa verib.

İstefa haqqında qərar onun da iştirakı ilə Gürcüstan Arzusu Partiyasının toplantısında verilib. Bununla bağlı bəyanatı jurnalistlərə partiyanın baş katibi Kaxa Kaladze oxuyub.

Bu zaman İ.Kobaxidze brifinq otağında olsa da, heç bir şərh vermədən oradan ayrılıb.

İyunun 21-də Gürcüstanın müxalifət liderləri Tbilisidə parlament qarşısında aksiya keçirməyi planlaşdırırlar. Onların tələbi parlamentin sədri ilə yanaşı, daxili işlər nazirinin də istefaya getməsidir.

Cümə axşamı polis Rusiya qanunvericisinin olduğu parlament binasına hücum edən etirazçılara qarşı gözyaşardıcı qazdan və rezin güllələrdən istifadə etməyə məcbur olub.

Qarşıdurma zamanı etirazçılar polisə daş və butulkalar atıb, polisin qalxanlarını əllərindən alıb. Polis işçiləri də daxil olmaqla, 240-da çox insan ciddi xəsarət alıb. 2 nəfərin görmə qabiliyyətini itirdiyi bildirilir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG