Accessibility links

Gürcüstanın baş naziri istefa verib


Baş nazir İrakli Qaribaşvilinin ani istefasından sonra Gürcüstan yeni baş nazir axtarışındadır. O, çərşənbə günü heç bir izahat vermədən iki ildir tutduğu vəzifəsindən istefa edib.

“Vəzifələr müvəqqətidir, amma vətən və Allah əbədi. Buna görə də mən bu gün Gürcüstanın baş naziri vəzifəsindən istefa etmək qərarına gəldim. İndi ki, bizim xarici siyasətimiz və ölkəmizin inkişafı təminat altına alınıb, mən gələcək baş nazirə uğurlar arzulayıram.”

Gürcüstan prezidenti Giorgi Margvelaşvilinin yeni hökümət yaratmaq məqsədilə Gürcüstan Röya Partiyasından yeni namizədin seçilməsini istəmək üçün bir həftəsi var.

Gürcüstanın siyasi ekspertləri Qaribaşvilinin Gürcüstan Röyası partiyasının gələn il keçiriləcək parlament seçkilərindən öncə yenidən populyarlıq əldə etməsi üçün istefaya getdiyini ehtimal edirlər.

XS
SM
MD
LG