Accessibility links

"İranın Avropa Birliyi və Rusiyadan gözləntiləri çox ola bilməz" [Audio-Müsahibə]


Umud Şükri
Umud Şükri

Umud Şükrinin söylədiklərinə görə, ABŞ-ın nüvə anlaşmasından çıxma qərarından sonra getdikcə dərinləşməkdə olan iqtisadi böhranlarla üzləşən İran İslam Respublikasının Avropa Birliyi və hətta Rusiyadan yardım gözləntiləri məhduddur.

Umud Şükri Amerikanın Səsinə danışır
please wait

No media source currently available

0:00 0:11:53 0:00

ABŞ-da yaşayan enerji eksperti Amerikanın Səsi ilə söhbətdə deyir ki, İran yaşadığı bu böhranlardan çıxmaq üçün ilk başda bölgədə yürütdüyü siyasətdə ciddi dəyişikliklərə getməlidir.

Çin, Türkiyə və Hindistan İrandan neft almağa davam edə bilərlər amma bunun miqdari keçmişdəkindən daha az olar.

ABŞ-ın sazişdən çıxmasından az müddət sonra enerji sahəsində bir çox xarici şirkətin ölkəni tərk etdiyinə diqqət çəkən Umud Şükri İranın neft istehsalının daha da azalcağını bildirir.

“İndi Rusiya, Ərəbistan və İraq bazarda İranın yerinə tutmaq üçün potensialları vardır. Bu durum Ərəbistanın daha çox işinə gələcək. Neçə ildir Yəmən və digər bölgələrdə İranla qarşıdurma içindədir. Bu Ərəbistana bir fürsət olacaq ki, bölgədə İranın təsirini azaltsın,” ekspert söyləyir.

Şükri əlavə edir, ki, ABŞ-ın hədəfi İran neft ixracatını sıfıra endirməkdir. "Bu potensial var amma keçən dəfələrdə Çin, Hindistan, Türkiyə, Yaponiya və Koreya kimi ölkələr Amerika ilə anlaşaraq İrandan neft almağa davam etdilər. Bu dəfə Yaponiya və Koreya böyük ehtimalla başqa ölkələrdən neft alacaqlar. Avropa Birliyi isə İrandan neft almayacaq,” o deyir.

O, hesab edir ki, Çin, Türkiyə və Hindistan İrandan neft almağa davam edə bilərlər amma bunun miqdari keçmişdəkindən daha az olar.

Şükri İran və Avropa arasında gedən müzakirələrin nəticəsi nə olursa-olsun, durumun çox dəyişdirməyəcəyini vurğualyır:

Avropa Birliyi Amerikanın qarşısında durub İrana çox yardım edə bilməz.

“İran-Avropa arasında görüşmələr davam edir amma hər iki tərəf bilir ki, bunu çox böyütməmək və gözləntiləri çoxaltmamaq lazimdir. Çünki potensial bəllidir və Avropa Birliyi Amerikanın qarşısında durub İrana çox yardım edə bilməz.”

İranda vaxt aşırı baş qaldıran kütləvi etirazlar, iqtisadi böhranlar, hava çirkliyi və su qıtlığı kimi problemləri önə çəkərək İslam Respublikasının bu böhranlardan keçmək üçün bəzi dəyişiklərə getməsinin gərəkli olduğunu ifadə edir.

“İran ilk başda regional siyasətini dəyişdirməsi lazimdir. Bir də ki, bəzi beynəlxalq konvensiyalara qoşulmalıdır. Bunları etsə və daha şəffaf maliyyə sistemi olsa, bəlkə beynəlxalq şirkətlər zamanla İrana güvənə bilərlər... İndiki durumda bu ola bilməz. Bu istək İranda görünmür,” deyə Umud Şükri əlavə edir.

XS
SM
MD
LG