Accessibility links

Ramazan ərəfəsində Urmiyə, Zahidan, Gürgan və İlamda edamlar baş verib


Huqüq müdafiə qrupları Ramazan ayının ərəfəsində İranın Qərbi Azərbaycan, Bəluçistan, İlam, Gülüstan və Hürmüzgan vilayətlərində bir çox məhbusun edam hökmünün icra edildiyinə dair məlumat veriblər.

“Edam mərasimlərinin” ən azI biri əhaliyə açıq bir məkanda həyata keçirilib. Belə hallarda, adətən uşaqlar daxil olmaqla bir çox vətəndaş edam prosesini izləyir.

İran İnsan Haqları Təşkilatına (İran HR) istinadən, Urmiyə, Zahidan, İlam, Gürgan və Bəndər-Abbas şəhələrində dar ağacından asılan məhkumlar qətl, “yer üzündə fəsad çıxarmaq” və “Tanrıya qarşı müharibə aparmaq” ittihamları ilə mühakimə edilmişdilər.

“Edam mərasimlərinin” ən azı biri əhaliyə açıq bir məkanda həyata keçirilib. Belə hallarda, adətən uşaqlar daxil olmaqla bir çox vətəndaş edam prosesini izləyir.

Urmiyə şəhərində iki məhbus edam olunub. Onlar mayın 14-də Mərkəzi Zindanın həyətində dar ağacından asılıblar.

Bunlar çox güman ki, Ramazandan öncə həyata keçirilən son edam hökmləridir. Ramazan ayında ölüm cəzalarının icrası dayandırılır. Buna görə də, Ramazan ayından sonra ilk həftələrdə edam hökmlərinin daha sıx icra edilməsi gözlənilir.

XS
SM
MD
LG