Accessibility links

İran hökuməti nümayişlər zamanı 25 nəfərin öldüyünü bəyan edib


İran hökuməti hökumət əleyhinə nümayişlər zamanı 25 nəfərin öldürüldüyünü bəyan edib.

Ədliyyə nazirliyinin sözçüsü Qulamhüseyn Möhseni Ecehi deyib ki, onların heç biri təhlükəsilik qüvvələri tərəfindən öldürülməyib. Belə ki, əsgərlərə silahlardan istifadə edilməməsinə dair göstəriş verilmişdi.

Ölənlər arasında təhlükəsizlik qüvvələrinin əsgərləri də var. Sözçü bu insanların necə öldürüldüyü barədə məlumat verməyib.

Eyni zamanda Tehran prokuroru 400 nəfərin azadlığa buraxıldığını bildirib.

Ötən həftə islahat tərəfdarı parlament üzvü Məhmud Sadeqi 3700 nəfərin həbs edildiyini bildirmişdi. O, həbsdə bir nəfərin intihar etdiyini də bəyan etmişdi.

XS
SM
MD
LG