Accessibility links

İran ABŞ-ın yeni sanksiyalarına qarşı cavab tədbiri görəcəyini bildirir


İran prezidenti Həsən Ruhani deyir ki, ölkəsi Birləşmiş Ştatlara qarşı möhkəm duracaq və ABŞ-ın tətbiq edəcəyi hər hansı yeni sanksiyalara qarşı müvafiq cavab tədbiri görəcək.

Ruhani bunu Birləşmiş Ştatlar Tehranın balistik raket proqramını dəstəkləməkdə ittiham etdiyi 18 iranlı şəxs və qruplara qarşı yeni sanksiyalar tətbiq edəndən bir gün sonra, çərşənbə günü keçirilən nazirlərin görüşü zamanı söyləyib.

ABŞ dövlət departamenti bildirib ki, İranın Yaxın Şərqdəki fəaliyyəti regional sabitlik, təhlükəsizlik və inkişafa zərər vurur.

Sanksiyalar hədəf alınan iranlıların ABŞ-da sahib olduğu aktivləri dondurur və amerikalıların onlarla iş görmələrinin qarşısını alır.

XS
SM
MD
LG