Accessibility links

İran Əbu Dabi konfransına qatılmayıb


İranla nüvə razılığı əldə edən ölkələr tarazlığı saxlamağa çalışsa da, BMT-nin Birləşmiş Ərəb Əmirliklərindəki konfransında nə əldə ediləcəyi bəlli deyil.

İran Əbu Dabi konfransına qatılmayıb. Yerləri boş qalan zalda Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbəri Yukiya Amano açılış çıxışı zamanı İranla bağlı heç bir şey deməyib.

BAEA-də İranı təmsil edən rəsmilər şərh verməkdən imtina edib.

İranın Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasemi bu qərarla bağlı heç bir məlumata malik olmadığını bildirib.

Mətbuat konfransında Amano məsələni müzakirə etməkdən boyun qaçırıb.

İrana səfəri öncəsi Amano müxbirlərə deyib ki, Tehran 2015-ci il nüvə razılığına hələ də sadiqdir.

Donald Tramp 2015-ci ildə Vaşinqton və digər 5 dövlətin İranla əldə etdiyi razılığın Birləşmiş Ştatların milli təhlükəsizliyinin marağında olmadığını bəyan edib.

Tramp Irana qaşı atılacaq üç əsas addımı sadalayıb. Bunlar iranın regiondakı terror çu fəaliyyətinə qarşı tədbirlər, rejimin maliyyə dayaqlarına qarşı əlavə sanksiyalar, və nəhayət rejiin öz qonşularına, qlobal ticarətə və naviqasiya azadlığına törətdiyi təhlükənin aradan qaldırılmasını əhatə edir.

Müqavilənin 60 gün müddətinə dayandırılacağı müddət ərzində Konqres razılaşmanın bir hissəsi olaraq qaldırılan iqtisadi sanksiyaların bir qisminin və ya hamısının yenidən reallaşdırılmasına qərar verməlidir.

XS
SM
MD
LG