Accessibility links

Əfqan döyüşçülərin Suriyadakı qələbəsinə rəsmi təşəkkür


Əfqanıstanın yüksək səlahiyyətli rəsmisi Məhəmməd Möhaqiq ötən həftə İran səfəri zamanı mübahisə doğuran bəyanatla çıxış edib.

Video və səs yazısına alınan çıxış böyük tənqidlərə və hətta onun istefası tələblərinə yol açıb.

İran və digər müsəlman ölkələrinin ruhaniləri qarşısında çıxış edən Möhaqiq İranın İnqilab Qvardiyasının xarıcı əməliyyatlarına rəhbərlik edən Qasem Sülymanini tərifləyib. Görüş İŞİD-in qaranlıq ideologiyası ilə mübarizə məqsədi ilə təşkil edilib.

İranlı general Fatemiyun diviziyasının təsisçisidir. Diviziya Suriyada döyüşən əfqan döyüşçülərdən ibarətdir.

“Mən İraq, Suriya, Əfqanıstan, Pakistan və dünyanın digər bölgələrindəki müharibələrdə iştirak edənlərə təşəkkürümü bildiriəm. Bu, İslamın kafirlər və təkəbbür konspirasiyasına qarşı müharibəsidir”- deyə Möhəqiq bildirib.

Əfqanıstan rəsmiləri general Sülüymaninin Suriyada qələbə əldə etməsinə dair heç bir şərh verməyib.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG