Accessibility links

BAEA İrandan Pərçin nüvə obyektinin təftişinə yol verməsini tələb edib


Beynəlxalq Atom Enerjisi Agentliyinin direktoru İrandan gecikdirilmədən Pərçin nüvə obyektinin təftişinə yol verməsini tələb edib. İranın əməkdaşlıq etməməsindən gileylənən Yukiya Amano deyib ki, agentlik bu mübahisəli obyektdəki fəaliyyətlər barədə məlumat əldə etməlidir. Amano deyib ki, BAEA-nin təftiş tələblərinə baxmayaraq, heç bir konkret nəticə əldə edilməyib.

İran isə Pərçində nüvə silahları istehsal edildiyinə dair iddiaları əsassız adlandıraraq, nüvə fəaliyyətlərinin dinc mahiyyət daşıdığını bildirir.

May ayında əldə edilən satellit görüntüləri İranın nüvə sınaqlarının izini itirməyə çalışdığına dair şübhələrə yol açıb.

Keçən həftə Avropa İttifaqının xarici işlər nazirlərinin Kipr görüşü zamanı Almaniya, Fransa və Britaniya İrana qarşı yeni sanksiyaların tətbiqinə çağırmışdı.

İranın XİN-nin sözçüsü Ramin Mehmanpərəst sanksiyaları qeyri-effektiv və köhnəlmiş adlandırıb.
XS
SM
MD
LG