Accessibility links

Almaniyada həbs edilən iranlı sərbəst buraxılaraq vətəninə qayıdıb


ABŞ-ın sanksiyalarını pozmaqda ittham edilən və Almaniyada həbs edilən iranlı Tehranın diplomatik səylərindən sonra sərbəst buraxılaraq, İrana qayıdıb.

İran dövlət televiziyası Xarici İşlər Nazirliyinin sözçü Abbas Musaviyə istinadən bildirib ki, Əhməd Xəlili vətənə Münhen Təhlükəsizlik Konfransında iştirak etmək üçün Almaniyada olan İranın xarici işlər naziri Məhəmməd Cavad Zəriflə birlikdə qayıdıb.

Almaniya hökuməti məsələ ilə bağlı şərh verməkdən imtina edib.

"Amerikanın qanunsuz və qəddar sanksiyalarını pozmaq bəhanəsi ilə Almaniyada həbs edilən və [ABŞ Ədliyyə Nazirliyinin] Amerikaya təhvil verilməsi tələb edilən İran vətəndaşı cənab Əhməd Xəlili dünən gecə sərbəst buraxılıb və xarici işlər naziri ilə vətənə qayıdıb" - deyə, dövlət televiziyası Musəviyə istinadən bildirib.

Mətbuat katibi Xəlillinin ABŞ sanksiyalarını necə pozduğu barədə məlumat verməyib, lakin "sıx diplomatik məsləhətləşmələr, İranın məhkəmə sistemi və İnqilab Keşikçilərinin kəşfiyyat idarəsi ilə effektiv əməkdaşlıq sayəsində" azad edildiyini deyib.

Musəvi İranın məhkəmə sistemi, ya da İranın ən güclü hərbi qüvvəsi olan elitar qvardiyanın kəşfiyyat idarəsinin Xəlilinin azad edilməsində hansı rol oynadığı barədə bir söz deməyib.

İranla Birləşmiş Ştatlar arasındakı gərginlik yanvarın 3-də İslam Respublikasının yüksək rütbəli hərbi komandiri Qasım Süleymaninin ABŞ-ın Bağdadda dron hücümunda öldürülməsindən sonra artıb. İran buna cavab olaraq bir neçə gün sonra ABŞ-ın İraqdakı bazasına raket zərbələri endirib.

ABŞ prezidenti Donald Tramp İran və altı qüdrətli dövlət arasında 2015-ci ildə imzalanan nüvə sazişindən 2018-ci ildən çıxdı və Vaşinqton İslam Respublikasının iqtisadiyyatına güclü zərər vuran sanksiyaları bərpa etdi.

2016-cı ildə İranda həbs edilən və sonradan casusluqda ittiham olunan Çin mənşəli bir amerikalı dekabr ayında azad edildi və bunun əvəzində Vaşinqton həbsdə olan bir iranlını sərbəst buraxdı. Azad edilənlərin hər ikisi öz ölkələrinə qaytarıldı.

XS
SM
MD
LG