Accessibility links

Almaniyanın Hizbullanın fəaliyyətinə qadağa qoyması İranı hiddətləndirib


İran Berlinin Almaniyada Hizbullanın fəaliyyətini qadağan etməsini və İranın dəstəklədiyi bu Livan qrupunu terror təşkilatı adlandırmasını pisləyib. İran belə bir addımın ABŞ və İsrailin maraqlarına xidmət etdiyini deyib.

Almaniya polisi cümə axşamı Hizbulla ilə əlaqəsi olduğunu iddia edərək, məscidlər birliklərinə basqın edib. Almaniya İsrail və ABŞ-ın çoxdan tələb etdiyi addımı ataraq, Hizbullanı təşkilatı terrorçu təşkilatı kimi qanıyıb və ölkədəki fəaliyyətinə qadağa qoyub.

"Belə görünür bəzi Avropa ölkələri Qərbi Asiya bölgəsindəki reallıqları nəzərə almadan, yalnız sionist rejiminin təbliğat maşınının məqsədlərinə və ABŞ-ın çaşqın rejiminə qulluq edir" - deyə, İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin sözçüsü Abbas Musavi cümə axşamı bildirib.

O, Almaniya hökumətini Hizbullanın terror məqsədli silahlı mübarizə təbliğatında ittiham etməsini tənqid edərək, qrupun Livan hökuməti, parlamenti legitim üzvü və siyasi sabitlik qüvvəsi olduğunu bildirib.

Almaniyanın Daxili İşlər Nazirliyinin məlumatında Hizbulla rəmzlərinin yığıncaqlarda, nəşrlərdə və ya mediada nümayış etdirilməsinə qadağa qoyulacağı və Hizbullanın aktivlərinin ələ keçirilə biləcəyi deyilib. Nazirliyin açıqlamasında deyilib ki, xarici bir təşkilat olduğu üçün onun qadağan və ya ləğv edilməsi mümkün deyil.

Birləşmiş Ştatlarla birlikdə Almaniyanı qrupun qadağan edilməsinə məcbur edən İsrail bu addımı yüksək qiymətləndirib. İsrail digər Avropa Birliyi ölkələrini də eyni addımı atmağa çağırıb.

XS
SM
MD
LG