Accessibility links

İranda Amerika vətəndaşına 10 il həbs cəzası verilib


İranın ədliyyə nazirinin müavini Qulamhüseyn Mohseni Eceyi
İranın ədliyyə nazirinin müavini Qulamhüseyn Mohseni Eceyi

İran məhkəməsi ABŞ vətəndaşını “daxilə keçmək” ittihamı ilə 10 il həbs cəzasına məhkum edib. Bu haqda ədliyyə nazirinin müavini məlumat verib.

“Həmin şəxs kəşfiyyat qüvvələri tərəfindən müəyyən edilib və həbs edilib. Məhkəmə həmin şəxsi 10 müddətinə həbsə məhkum edib”, Qulamhüseyn Mohseni Eceyi televiziya vasitəsilə yayımlanan mətbuat konfransı zamanı deyib.

Həbs cəzasına məhkum edilmiş şəxsin adı açıqlanmayıb. Eceyi onun ABŞ və adı qeyd edilməyən başqa bir ölkənin vətəndaşı olduğunu əlavə edib.

İran Birləşmiş Ştatlar, Britaniya, Avstriya, Kanada və Fransadan ikili vətəndaşlığa malik olan bir neçə şəxsi həbs edib, həbsə məhkum edib. Onlara qarşı casusluq və düşmən ölkələrin hökumətləri ilə əməkdaşlıq ittihamları irəli sürülüb.

XS
SM
MD
LG