Accessibility links

İran Vaşinqtonu hədələyir


İranın İnqilab Qvardiyasının rəhbəri Vaşinqtonun yeni sanksiyalarından sonra Amerikanın Yaxın Şərqdəki hərbi bazalarının raket hücumuna məruz qalacağı ilə hədələyib.

ABŞ prezidenti gələn 6 ay ərzində İranın sazişin şərtlərinə əməl etməməsinə görə ona qarşı daha sərt ölçülər götürüləcəyini bildirib.

"Biz onların bu ölkəyə etdiklərinə göz yummayacağıq. İran razılığın bir çox elementini pozub. Tehran razılığın ruhunu belə dəyişib. Oktyabrda nə edəcəyimizin şahidi olacaqsınız" - deyə Tramp bildirib.

Məhəmməd Əli Cəfəri deyib ki, Amerika bazalarının İranın raketlərindən 2 min kilomert uzağa çəkməli olacaq.

Amerikanın hərbi bazaları Bəhreyn, İraq, Oman və Əfqanıstanda yerləşir. Onların hər biri İran sərhədlərindən 500 kilometrlik ərazidədir.

Cəfəri ABŞ-la müzakirələri rədd edərək, Amerikanın İnqilab Qvardiyasını terror qrupu adlandırdığına görə, ABŞ ordusunun da terrorçu olduğunu bildirib.

O deyib ki, Amerikanın sanksiyaları Vaşinqtonla Tehran arasında hər bir mümkün əlaqəni yox edəcək.

İranın ali ruhani lideri Ayətulla Əli Xameneyi ölkəsinin ABŞ tərəfindən qorxudula bilməyəcəyini deyib. O bildirib ki, İran möhkəm dayanıb və 2015-ci il nüvə razılığına görə İslam Respublikası hər bir amiranə mövqeyə ciddi reaksiya verəcək.
XS
SM
MD
LG