Accessibility links

İranın polis məntəqəsində ölən Məhsa Əmininin ailəsini təmsil edən vəkil həbs edilib


Saleh Nikbəxt
Saleh Nikbəxt

Ötən il polis nəzarətində olarkən həlak olan 22 yaşlı iranlı qadının ailəsini təmsil edən vəkil "rejim əleyhinə təbliğat aparmaqda" təqsirli bilinərək, bir il müddətinə azadlıqdan məhrum edilib.

Saleh Nikbəxtə qarşı ittiham Kəşfiyyat Nazirliyinin onun media orqanlarına müsahibələrində Əmininin işini müzakirə etməsi ilə bağlı şikayətindən sonra irəli sürülüb. Amerikanın Səsinə verilən məlumata görə, ona qarşı hökm çərşənbə axşamı İslam İnqilab Məhkəməsi tərəfindən oxunub.

Əminin ölümü aylarla hökumət əleyhinə etirazlara səbəb olub. İran polisi onun həbsdə olarkən infarkt keçirdiyini bildirsə də, ailəsi bu iddia ilə razılaşmır. İran hakimiyyəti ailənin Əmininin ölümünü araşdırmaq üçün müstəqil həkimlərdən ibarət komitə yaradılması ilə bağlı müraciətini rədd edib.

Nikbəxt daha sonra ailəsinin təklif etdiyi kimi, Əmininin ölüm səbəbinin "ölkədə 12 görkəmli həkimdən beşi" tərəfindən yenidən qiymətləndirilməsini tələb edib.

Nikbəxtin vəkili Əli Rezayi müvəkkilinin ifadələrinin onun "vəkil kimi qanuni öhdəliklərindən" qaynaqlandığını və heç bir qanun pozuntusuna yol vermədiyini israr edib.

Forum

XS
SM
MD
LG