Accessibility links

Vaşinqtonda "Mərkəzi Asiya və Qafqazda İranın gələcəyi" mövzusunda tədbir keçirilib


Tədbirdə nüvə razılığının Orta Asiya və Qafqaz üçün əhəmiyyəti və risklərindən danışılıb

Cons Hopkins Universitetinin Mərkəzi Asiya və Qafqaz İnstitutu “Mərkəzi Asiya və Qafqazda İranın gələcəyi” adlı tədbir keçirib.

Sentryabrın 16-da keçirilən tədbirdə Ceymstoun Fondunundan tədqiqatçısı Aleks Vatanka və Hudson İnstitutundan Riçard Ueitz İranın nüvə razılaşması haqda fikir mübadiləsi aparıb. İnstitutun rəhbəri Frederik Star tədbiri giriş sözü ilə açaraq nüvə razılaşmasının Mərkəzi Asiya və Qafqaz üçün əhəmiyyəti haqqında qısa məlumat verib.

Bu əhəmiyyətə və ehtimal edilən risklərə nəzər salan hər iki tədqiqatçı nüvə razılaşmasının siyasi, iqtisadi və strateji ölçülərindən danışıb.

Vatanka bildirib ki, nüvə razılığı qəbul olunsa sanksiyaların yüngülləşdirilməsi ilə İran iqtisadi inkişafa nail olacaq. Bu, İranın Qərb ilə uzunmüddətli əlaqələri genişləndirməsinə yol açacaq. O, Orta Asiya və Qafqazın İran ilə əlaqələrində nüvə razılaşmasından sonra bir o qədər də dəyişiklik olmayacağını vurğulayıb. Hazırkı vəziyyətdə İran üçün əsas hədəf Qərbə açılmaqdır, deyə o bildirib.

Riçard Ueitz əlavə edib ki, İran hər zaman Qərb ilə fikir ayrılığına malik olsa da, Rusiya və Ukrayna arasındakı münaqişə İranı Qərb üçün enerji qaynağına çevirib. O, Vatanka ilə razılaşıb ki, hazırda Mərkəzi Asiya və Qafqaz İranın maraqları xaricindədir.

Amerikanın Səsinə müsahibəsində Aleks Vatanka bildirib ki, nüvə razılaşması İranın regionda Suriya və İraq kimi ölkələrdə rolunun dəyişəcəyi və ya İranın sanksiyaların ləğvindən sonra əldə edəcəyi vəsaitin Hizbullah qrupunun gücləndirməsinə sərf edəcəyi demək deyil. O, İranda xalq da daxil olmaqla rəsmilərin çoxunun bu razılaşmanın gələcəyə atılmış addım kimi gördüklərini deyib.

Hər iki tədqiqatçı nüvə razılaşmasının həm İran, həm də region üçün müsbət istiqamətdə dəyişiklik gətirəcəyinə ümid etdiklərini bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG