Accessibility links

Avropa liderləri İranın təhdidlərini pisləyib


Avropa liderləri İranın nüvə razılığı şətrlərini pozması təhdidlərini pisləyib.

Onlar İranın nüvə fəaliyyətlərinin məhdudlaşdırılmasını nəzərdə tutan 2015-ci il sazişin şərtlərinin qüvvədə saxlanmasına çağırıb.

ABŞ İranın metallurgiyasına sanksiyalar irəli sürüb. İrana qarşı yeni sanksiyalar polad, alüminium, mis və dəmir istehsalına aiddir. Sənəddə həm İranın metal istehsalçılarına, həm də onlarla ticarət edənlərə qarşı məhdudiyyətlər nəzərdə tutulub. ABŞ prezidenti Donald Tramp çərşənbə günü axşam müvafiq fərmanı imzalayıb.

Vaşinqtonun bu addımı Tehranı nüvə proqramının maliyyələşdirilməsinə sərf ediləcək gəlirlərdən məhrum edəcək.

ABŞ-ın yeni sanksiyaları İranın nüvə razılaşması çərçivəsində müəyyən öhdəlikləri yerinə yetirilməkdən imtina etməsindən sonra tətbiq edilib.

İran prezidenti Həsən Ruhani çərşənbə günü bəyan edib ki, ölkəsi uran zənginləşdirilməsi və ağır su istehsalına tətbiq edilən məhdudiyyətlərə əməl etməyəcək. Məhdudiyyətlər 2015-ci il İranla əldə edilən nüvə sazişinə əsasən tətbiq edilmişdi.

Ruhani deyib ki, ABŞ sazişdən çıxmaq və Tehrana sanksiyalar tətbiq etməklə öz öhdəliyinə sadiq qalmayb, sazişə imza atalar isə mövqelərini tərk etməsələr də, ABŞ-a sanksiyaların tətbiqinə yol verməklə, İranın neft və bank sektorunu çökdürməsinə imkan yaradıblar.

O, dəyişikliklərə 60 gün vaxt verildiyini və İranın gələcəkdə uran zənginləşdirilməsini daha yüksək səviyyyəyə qaldıracağını bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin heç bir təsirli müxalifət olmadan seçkilərdə qalib gəlib
please wait

No media source currently available

0:00 0:11:28 0:00
XS
SM
MD
LG