Accessibility links

İran Azərbaycanından 9 qısametrajlı film Türkiyə festivalında nümayiş olunacaq


İran Azərbaycanında türk dilində çəkilmiş 9 qısametrajlı bədii və sənədli film Türkiyənin Malatya elində keçiriləcək beynəlxalq film festivalının “Sərhədlər Bihudədir” adlı özəl bölməsində nümayiş etdiriləcək.

Malatya Beynəlxalq Film Festivalı noyabrın 9-da başlanıb noyabrın 16-a qədər davam edəcək.

İrandan festivala qatılan filmlərin nümayiş üçün hazırlanmasında əməkdaşlıq edən rejissor Rza Siyami və kino yazarı Rza Oylum bu haqda sosial mediada məlumat yayıblar.

"Qarlı Damlar" filmi
"Qarlı Damlar" filmi

İsmayıl Munsif “Ağlar”, Leyla Novruzi “Mən İsmətəm”, Rza Camali “Körpü”, Leyla Əhədi “Şamdaninin Qışı”, Əlirza Salmanpur “Közmək”, Siyamək Ata “Doğuş”, Hayidə Muradi “Qarlı Damlar”, Hüseyn Əsl-Abdullahi “Başlanğıc Zamanı Ölmək” və Ərturan Nəcəfi “Səs” filmləri ilə İran Azərbaycanından Malatyaya səfər edəcəklər.

İran kinosunun estetik kodları ilə türk kültürünü ustalıqla bir araya gətirən İranın türk rejissorlarının qısa filmlərini festivala qonaq edəcəyik.
Malatya Beynəlxalq Film Festivalı

Malatya Festivalının “Sərhədlər Bihudədir” bölməsi üçün hazırlanmış posterdə İran Azərbaycanından qatılan kinofilmlər haqqında belə yazılıb: “İran kinosunun estetik kodları ilə türk kültürünü ustalıqla bir araya gətirən İranın türk rejissorlarının qısametrajlı filmlərini festivala qonaq edəcəyik.”

Rejissor və müəllifi Ərturan Nəcəfi olan “Səs” filmi “Sərhədlər Bihudədir” bölməsindən əlavə, Beynəlxalq Qısa Metraj Yarışması qismində də olacaq.

Urmiyədə çəkilmiş “Səs” bu yaxınlarda Tatarıstan Respublikasında keçirilən Kazan Beynəlxalq Müsəlman Kino Festivalında ən yaxşı qısametrajlı bədii film mükafatına layiq görülüb.

"Səs" filmi
"Səs" filmi

Közmək filmi
Közmək filmi

Fikirləriniz

Show comments

XS
SM
MD
LG