Accessibility links

İran BAEA-dən nüvə qabliyyətli gəmi flotiliyasının inkişafı üçün yardım istəyir


İran Beynəlxalq Atom Enerjisi Agentliyindən nüvə qabliyyətli gəmi flotiliyasının inkişafı üçün məsləhət və yardım istəyir. Məlumat İran hökumətinin veb sahifəsində yayılıb.

Məlumatda bildirilir ki, tələb BAEA-nin direktoru Yukiyo Amanonun Tehrana səfəri zamanı irəli sürülüb. Amano İrana səfəri o ölkənin beynəlxalq sanksiyaların yüngülləşdirilməsi müqabilində nüvə istehsalı proqramının ixtisarına necə əməl etdiyinin monitorinqi məqsədi daşıyıb.

Razılığın şərtlərinə tam əməl edilməlidir

​İran prezidenti Həsən Ruhani agentliyin rəhbərinə İran və BAEA arasında texniki əməkdaşlığın mümkünlüyünə inandığını deyib.

İran ötən həftə ABŞ Konqresinin Tehranın nüvə sazişinə əməl etmədiyi təqdirdə sanksiyaların yenişləşdiriləcəyi planını açıqlamasından sonra yeni flotiliya inkişafını buna cavab olaraq təsis etmək istəyir.

Tərəflər əməllərinin razılığın şərtlərini pozmadığında israr edir. Lakin İranın yeni sistem yaratması məhdudiyyət qoyulan uran zənginləşdirilməsini tələb edir.

Amano mətbuat konfransında razılığın şərtlərinə tam əməl edilməsinin vacibliyini vurğulayıb.

İranın həmin mətbuat konfransında iştirak edən atom enerjisi təşkilatının rəhbəri Əli Əkbər Salehi qeyd edib ki, BMT-nin nüvə agentliyi heç bir tərəfin təsirinə məruz qalmamalıdır.

XS
SM
MD
LG