Accessibility links

Fransa və Biritaniya İranlı blogerin ölümü ilə bağlı izahat tələb edir


Fransa və Britaniya İranda müxalif fəalların işgəncəyə məruz qaldığını iddia etdikləri blogerin həbsdə ölməsinə açıqlama verilməsini tələb ediblər.

Fəallar 35 yaşlı Səttar Behiştinin oktyabr ayının sonlarında evində həbs edildiyini bildirirlər. Onlar Tehran həbsxanadan cəsədi götürməklə bağlı ailəsinə müraciət olunduğunu bildiriblər.

Həbs olunmadan öncə yazdığı ən son şərhində Behişti təhlükəsizlik qüvvələrinin onu təhdid etdiyini, danışmağa davam etdiyi təqdirdə “anasının tezliklə qara geyinəcəyini” bildirmişdi.

Fransa və Britaniyadakı rəsmilər Behiştinin ölüm xəbəri ilə bağlı şok keçirdiklərini bildiriblər. Britanıya Xarici İşlər Nazirliyi bu hadisəni növbəti dəfə İranda ifadə azadlığının hər formasının əzilməsi kimi qiymətləndirib.

İran rəsmiləri onun həbsi və ölüm halına dair heç bir şərh verməyib. Behiştinin bacısı Fatimə Amerikanın Səsinin Fars şöbəsinə qardaşının heç bir xəstəlikdən əziyyət çəkmədiyini deyib.

Amnesty International və Sərhədsiz Repartorlar insan hüquqları təşkilatları da İrandan bu ölüm hadisəsinin təfərrüatları ilə bağlı açıqlama tələb edir.
XS
SM
MD
LG