Accessibility links

İranda British Council-ın əməkdaşı casusluq ittihamı ilə həbsə məhkum edilib


İran Britaniya üçün casusluqda təqsirli bilinən iranlını 10 illik həbsə məhkum etdiyini bildirir.

Ədliyyə sisteminin sözçüsü Qulamhüseyn Esmaili həmin şəxsin adını çəkməsə də, onun British Council-da çalışarkən kəşfiyyat orqanları ilə əməkdaşlığını etiraf etdiyini söyləyib.

Biz qeyri-siyasi təşkilatıq və əməkdaşlarımız heç bir formada kəşfiyyat agentliyinə bağlı deyillər.
British Council-ın rəsmi bəyanatı

Esmailinin dediyinə görə, sözügedən şəxs Britaniyanın kəşfiyyat agentlikləri ilə “əməkdaşlığını aydın şəkildə boynuna alıb”. O, həmin şəxsin bir ildən çox həbsdə qaldığını bildirib.

2018-ci ilin martında Londonda mənzillənən British Council Aras Əmiri adlı işçisinin İranda xəstə nənəsinə baş çəkərkən saxlandığını açıqlamışdı. Lakin məhkum edilən şəxsin həmin şəxs olduğu bəlli deyil.

Yaxınları onun əvvəlcə İranın milli təhlükəsizliynə qarşı işbirliyində günahlandırdığını deyirdi. İranın kəşfiyyat xidmətləri adətən bu o qədər də aydın olmayan ittihamdan fəallar, jurnalistlər, siyasi səbəblərlə saxlanan digər iranlılara qarşı istifadə edirlər.

Qərbdə mühacirət həyatı yaşayan İran mənşəli şəxslərin İslam Respublikasına qayıdarkən həbs olunması qeyri-adi hadisə deyil.
Qərbdə mühacirət həyatı yaşayan İran mənşəli şəxslərin İslam Respublikasına qayıdarkən həbs olunması qeyri-adi hadisə deyil.

İran tarixən Britaniyanın mədəniyyət agentliyi olan British Council-a qarşı ədavətli mövqeyi ilə tanınıb. 2009-cu ildə qurumun Tehrandakı ofisi bağlanıb. Bu addım Londonun BBC-nin fars xidmətini işə salmasına cavab olaraq atılıb.

İran hakimiyyəti bundan öncə İrandakı Britaniya səfirliyi üçün çalışan yerli əməkdaşları həbs edib.

XS
SM
MD
LG