İranın nüvə danışıqlarında əsas vasitəçisi Tehranın mübahisəli nüvə proqramı ilə əlaqədar narahatlıları ünvanlamaq üçün dünya qüdrətləri ilə danışıqlara hazır olduğunu bildirib.
Səid Cəlili İranın iyun ayında prezident seçkilərindən öncə BMT-nin beş daimi üzvü və Almaniyanın vasitəçiləri ilə görümək istədiyini deyib. Cəlili özü prezident seçkilərinə namizəd kimi qatılıb.
İran rəsmisi İstanbulda Avropa İttifaqının xarici siyasət idarəsinin başçısı Ketrin Eştonla danışıqların növbəti raundunun mümkünlüyü ilə bağlı müzakirələr apardıqdan sonra verib.
O həmçinin İranın uran zənginləşdirilməsinə hüququ olduğuna dair mövqeyini bir daha dilə gətirib. BMT-nin Təhlükəsizlik Şurasının beş daimi üzvü və Almaniya İranın uran zəngiləşdirməsinin qarşısını almağa çalışır. Qərb ölkələri İranın uran zəngiləşdirilməsindən nüvə silahı istehsalında istifadə edilə biləcəyini iddia edir. İran nüvə proqramının dinc mahiyyət daşıdığını deməyə israr edir.
İran və Qərb ölkələri arasında Qazaxıstanda danışıqların sonuncu raundu nəticəsiz başa çatmışdı.