Accessibility links

İranda nüvə razılığı əldə edilməsində iştirak edən komanda üzvü həbs edilib


İranda dünya qüdrətləri ilə nüvə razılığı əldə edilməsində iştirak edən komanda üzvü həbs edilib.

İRNA dövlət xəbər agentliyinin bildirdiyinə görə, ədliyyə sözçüsü Qulamhüseyn Eyi casusluqda ittiham edilən həmin şəxsin bir neçə gün həbsdə qaldıqdan sonra zəmanətlə azad edildiyini deyib.

Nüvə müzakirəçisinin adı açıqlanmayıb Lakin onunla bağlı istintaqın davam etdirildiyi bildirilib.

İranın sərt-xətt tərəfdarı xəbər agentlikləri ikili-İran və Kanada vətəndaşlığına malik olan Əbdulrəsul Dorri Esfahaninin nəzarət altına alındığını bildirib. Onun nüvə razılığı əldə edilməsində iştirak edən komanda üzvü olduğu deyilib.

İslam Respublikası və dünya qüdrətləri arasında ötən il əldə edilən nüvə razılaşmasına əsasən, Tehran sanksiyaların aradan qaldırılması müqabilində uranın zənginləşdirilməsi sahəsində fəaliyyətlərini məhdudlaşdırıb.

XS
SM
MD
LG