Accessibility links

İran və Çin ABŞ-ın koronavirusu yaydığına dair biri-birinin iddialarını şişirdir


İran və Çin ABŞ-ın koronavirusu yaydığına dair biri-birinin iddialarını şişirdir.

Hər iki ölkənin dövlət mediası Vaşinqtonun yalan adlandırdığı iddiaları işıqlandırıb.

Son həftələr İran mediası rəsmilərə istinadən Amerikanın koronavirusun pandemiyaya çevrilməsindən əvvəl Çində yaydığını bildirib.

Çinin dövlət mediası da İran rəsmilərinin ABŞ-ın İran və digər düşmən dövlətlərə qarşı virusdan bioloji silah kimi istifadə etdiyinə dair xəbərlər yayıb.

İran və Çin uzunmüddətli iqtisadi əlaqələrə malikdir və hər iki ölkə ABŞ-la rəqabətdədir.

Hüseyn Salami
Hüseyn Salami

İranın yüksək səviyyəli hərbi rəsmisi İslam Respublikasında çoxsaylı insanın yoluxmasına, ali dini liderin məsləhətçisi də daxil olmaqla, yüzlərlə adamın ölümünə səbəb olan koronavirusun sui-qəsd olduğu nəzəriyyəsini irəli sürüb.

Virusun insan tərəfindən hazırlandığının mümkün olmadığını deyən ekspertlərdən fərqli olaraq, İran İslam Respublikası İnqilab Qvardiyası Korpusunun komandiri Hüseyin Salami koronavirusun Amerika tərəfindən hazırlanan bioloji silah olduğunu deyib.

Zhao Lijian
Zhao Lijian

Çinin Xarici İşlər Nazirliyinin sözçüsü Lijian Zhao Amerikanın həbi personalının virusu Çinin Uhan bölgəsində yaydığını iddia edib.

Zhaonun iddiaları İranın İRNA, PressTV, JavanOnline, HəmşəhriOnline və İslam Azad xəbər agentlikləri tərəfindən işıqlandırılıb.

ABŞ dövlət katibi Mayk Pompeo Çinin iddialarına dair kəskin reaksiyasını Çinin Siyasi Bürosunun üzvü Yang Jeçi ilə telefon söhbəti zamanı bildirib.

Dövlət Departamentinin bildirdiyinə görə, Pompeo ABŞ-ın iradlarını həmin nümayəndəyə çatdıraraq, dezinformasiya və şaiyələrin yolverilməz olduğunu deyib.

XS
SM
MD
LG