Accessibility links

İran Prezidenti Çinlə daha sıx əməkdaşlıq etmək istədiyini deyib


Çərşənbə günü Çinin müdafiə nazirinin ölkəyə səfəri zamanı İran Prezidenti İbrahim Rəisi hökumətinin Çinlə daha sıx əməkdaşlıq etmək istədiyini deyib.

Məlumata görə, Rəisi Çinin milli müdafiə naziri Vey Fenqlə görüşü zamanı deyib ki, Tehranla Pekin əlaqələri strateji əhəmiyyət kəsb edir.

Daha sıx əməkdaşlıq İran prezidentinin ABŞ-ı təktərəfli kimi təsvir etdiyinə zidd olacaq. Tehranın dünya qüdrətləri ilə nüvə sazişini canlandırmaq üçün danışıqlar təktərəfliliyə görə dalana dirənib.

"Birtərəfliliyə qarşı durmaq, sabitlik və nizam yaratmaq müstəqil və həmfikir güclərin əməkdaşlığı ilə mümkündür" Raisi deyib.

Vey öz növbəsində deyib ki, İran və Çin arasında əlaqələrin yaxşılaşdırılması "xüsusilə hazırkı kritik və gərgin vəziyyətdə" təhlükəsizliyi təmin edəcək.

Veyin iranlı həmkarı general Məhəmməd Rza Aştiani ilə görüşdüyü və onu Çinə dəvət etdiyi bildirilib. Vey İranın digər hərbi rəsmiləri ilə də görüşdüyü deyilib.

Rəsmi İRNA xəbər agentliyi Aştianinin ABŞ-ın Yaxın Şərqdə və başqa yerlərdə hərbi mövcudluğundan da danışdığını bildirib. "ABŞ-ın harada olmasından asılı olmayaraq, hərbi mövcudluğu etibarsızlıq, qeyri-sabitlik, bədbinlik, müharibə, dağıntı və köçkünlük dalğaları yaradıb" - deyə, Aştiani bildirib.

Vey səfərinin İran və Çin arasında "strateji müdafiə əməkdaşlığının yaxşılaşdırılması" məqsədi daşıdığını deyib. Onun dediyinə görə, əməkdaşlığın birtərəfliliyin aradan qaldırılmasına və terrorizmlə mübarizəyə gözəl təsiri olacaq.

XS
SM
MD
LG