Accessibility links

İnsan haqları qrupu İranda həbs edilən xristianların sayısının artdığını deyir


İran - Müqəddəs Cozef Xaldey Assuriya katolik kilsəsi
İran - Müqəddəs Cozef Xaldey Assuriya katolik kilsəsi

Dini hüquqlar qrupunun hesablamalarına görə, İranda həbs olunan xristianların sayı 2023-cü ilin son altı ayında kəskin şəkildə artıb. Qrup hökuməti inancları və dini fəaliyyətləri ilə bağlı ittihamlarla həbs edilən bütün xristianları "dərhal və qeyd-şərtsiz" azad etməyə çağırıb.

Xristianların müdafiəsinə yönəlmiş “Article 18” hüquq təşkilatı tərəfindən açıqlanan hesabatda ötən il 166 xristianın saxlanıldığı göstərilir ki, bu da 2022-ci ildə qeydə alınan 134 həbslə müqayisədə çoxdur.

Qrup bildirib ki, ilin birinci yarısında yalnız "bir neçə" həbs göstərilsə də, narahatedici tendensiya iyun-avqust ayları arasında 100 həbsin, daha sonra, Milad dövrü ərəfəsində həbslər "daha sürətlə" olub.

"Həbs edilənlərin çox az hissəsi işlərini ictimailəşdirməyə razı olub və bu, qurbanların sayının artmasına səbəb olub" - deyə, "Article 18" bildirib.

Xristianlar İslam Respublikası konstitusiyasında üç dini azlıqdan biri kimi tanınır. Buna baxmayaraq, hesabatda qeyd olunur ki, İran hökuməti İslamdan başqa dinlərin təbliği və tədrisi ilə məşğul olan müsəlmanları və ya xristianlığı qəbul edənləri sərt şəkildə cəzalandırır.

Nəticələr "Article 18" əsasında qlobal xristian təşkilatları "Middle East Concern", "Open Doors" və "Christian Worldwide Solidarity" təşkilatları ilə birgə aparılan 40 səhifəlik araşdırmanın bir hissəsidir.

Hesabat 2023-cü ilin yayda həbs edilən azı 17 xristianın 3 ildən 5 ilə qədər həbs cəzasına məhkum edildiyini göstərib. Digərləri cərimələr, qamçılama və ictimai xidmət kimi cəzalarla üzləşib.

Rəsmilərin müqəddəs İncilin yayılmasını hədəfə aldığı görünürür. Belə ki, həbs edilənlərin üçdə birindən çoxunda nəşrin çoxsaylı nüsxələri tapılıb.

Hesabat hökuməti həbsdə olan xristianları "dərhal və qeyd-şərtsiz" azad etməyə, həbs və ya məhkəmə təhlükəsi olmadan din davamçılarının ibadət azadlığını təmin etməyə çağırıb.

Bu cür təzyiqlər qarşısında olan çox sayda xristian xüsusilə də yeni iman gətirənlər, ölkə daxilində üzləşdiyi məhdudiyyətlərdən və təqiblərdən xilas olmaq üçün başqa ölkələrdə sığınacaq axtararaq, İranı tərk etməyə məcbur olub.

Forum

XS
SM
MD
LG