Accessibility links

İranda narkotik maddə ticarəti ilə məşğul olan 9 nəfər edam edilib


Dövlət mediasının çərşənbə axşamı bildirdiyinə görə, İran son günlərdə 9 narkotik maddə ticarətçisini asmaqla edam edib. Bu, dünyada ən yüksək edam nisbətlərindən birinidir.

Rəsmi İRNA xəbər agentliyi 3 nəfərin Ərdəbil vilayətinin şimal-qərbindəki həbsxanada "heroin və tiryək almaq və daşımaq" ittihamı ilə asıldığını bildirib.

Digər 6 nəfər isə "metamfetamin, heroin və çətənə" qaçaqmalçılığı ittihamı ilə edam edilib.

İran Əfqanıstan və Avropa arasında tiryək qaçaqmalçılığının əsas marşrutu üzərində yerləşir və daxili tiryəkdən istifadə üzrə dünyada ən yüksək göstəricilərdən birinə malikdir.

BMT-nin Narkotiklər və Cinayətkarlıq İdarəsinin 2021-ci ilə istinad etdiyi rəqəmlər İranda 2,8 milyon insanın narkotik maddə problemi olduğunu göstərib.

İran rəsmiləri narkotik maddələrdən sui-istifadə və qaçaqmalçılıqla mübarizə üçün çoxsaylı kampaniyalara başlayıb və mütəmadi olaraq qonşu Əfqanıstandan qaçaqmalçılıq yolu ilə gətirilən böyük miqdarda tiryəkin müsadirə edildiyini bəyan edib.

Amnesty International Təşkilatı iyun ayında 2023-cü ilin ilk beş ayı ərzində İran hakimiyyətinin narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum edilən azı 173 nəfəri edam etdiyini bildirib.

Təşkilatın dediyinə görə, bu rəqəm həmin dövrdə İranda bütün edamların təxminən üçdə ikisi hissəsini təşkil edib.

İran edamların hərtərəfli məhkəmə araşdırmalarından sonra həyata keçirildiyini və bu addımın narkotik maddə qaçaqmalçılığına qarşı zəruri olduğunu bildirib.

Amnisty International-ın dediyinə görə, Çin istisna olmaqla, İran digər ölkələrlə müqayisədə hər il daha çox insanı edam edir.

Norveçdə yerləşən İran İnsan Haqları qrupu noyabr ayında bildirib ki, İslam Respublikası 2023-cü ildə 700-dən çox insanı edam edib ki, bu, son 8 ilin ən yüksək göstəricisidir.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. "Meydan TV"nin jurnalisti həbsdə qaldı
please wait

No media source currently available

0:00 0:10:58 0:00
XS
SM
MD
LG