Accessibility links

İran prezidenti zəlzələnin baş verdiyi bölgələrdə bərpa işlərinə tez bir zamanda başlanacağına söz verib


İran prezidenti Həsən Ruhani hökumətinin ölümlə nəticələnən zəlzələnin təsirinə məruz qalan bölgələrdə bərpa işlərinə tez bir zamanda başlanacağına söz verib.

Ruhani bunu bazar günü İran-İraq sərhədində 7.3 bal gücündə baş verən zəlzələnin ən çox dağıtdığı Kirmənşah vilayətinə səfəri zamanı deyib.

İranın dövlətə məxsus IRNA xəbər agentliyi zəlzələnin azı 530 nəfərin ölümünə, 7 min insanın yaralanmasına səbəb olduğunu, ölənlərin çoxunun Kirmanşah vilayətinin Zərpali-Zəhab şəhərinin sakinləri olduğunu bildirib. İraqın Daxili İşlər Nazirliyinin məlumatında 7 nəfərin öldüyü, 500 nəfərin isə yaralandığı deyilib.

Birləşmiş Ştatların Geoloji Araşdırmalar Mərkəzinin bildirdiyinə görə, zəlzələnin episentri İraqın Kürdüstanı regionundakı Hələbcə şəhəri yaxınlığında olub. Zəlzələ təsiri Türkiyə və İsraildə də hiss edilib.

Güclü zəlzələdən sonra gecə saatlarında davam edən yeraltı təkanlar səbəbindən insanlar evlərini tərk etməyə məcbur olub.

XS
SM
MD
LG