Accessibility links

İslam Dövlətinin Tehranda keçirdiyi hücuma görə səkkiz nəfər edam edilib


İran bildirib ki, 2017-ci ildə İslam Dövlətinin Tehranda parlament və Ayətulla Xomeyninin məqbərəsi yaxınlığında keçirdiyi hücumun təşkilində ittiham edilən səkkiz nəfər şənbə günü edam edilib.

2017-ci ilin 7 iyun tarixində təşkil edilən hücum İran daxilində sünni ekstremistlər tərəfindən həyata keçirilən ilk terror aktı idi. Həmin ekstremistlər vaxtılə İraq və Suriya ərazilərində geniş ərazilərə nəzarət ediblər.

Məhkəmə sisteminin rəsmi Mizan xəbər agentliyi və İranın digər xəbər agentlikləri edamın şənbə günü keçirildiyini təsdiq etsələr də, edamın harada keçirildiyi bildirilməyib. İranda edamlar asılma yolu ilə keçirilir.

İran dünyada ən çox edam həyata keçirən ölkələrdən biri olsa da, bu cür kütləvi edamlar nadir hallarda baş verir. Ölkədə sonuncu kütləvi edam hadisəsi 2007-ci ilin avqust ayında həyata keçirilmişdi. O zaman Məşəddə zorlamada ittiham edilən yeddi kişi asılmışdı.

Şənbə günü hadisəsi haqqında yazan xəbər agentlikləri edam edilənlərin Soleyman Mozafari, Esmail Sufi, Rahaman Behruz, Majed Mortezai, Siruz Azizi, Ayub Esmaili, Xosro Ramezani və Osman Behruz olduğunu qeyd ediblər.

İslam Dövlətininin keçən il İranda təşkil etdiyi hücum nəticəsində ən azı 18 nəfər həlak olmuş, 50-dən çox insan yaralanmışdı.

Hücumun təşkilində ittiham edilən digərləri məhkəmənin qərarını gözləyirlər.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG