Accessibility links

İranda 280 nəfərdən çox ərəb fəalı həbs edilib


İranda həbsxana
İranda həbsxana

Onlar ETTELAAT-ın Əhvaz şöbəsinin təcridxanasında, Sepidar Əhvaz, Karun, Həmidiyə və Şadgan həbsxanalarında saxlanılır

İranın Xuzistan vilayətində həbs edilmiş ərəb fəllarının sayı 280-i keçib.

APA agentliyinin məlumatına görə, onlar hazırda İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) Əhvaz şöbəsinin təcridxanasında, Sepidar Əhvaz, Karun, Həmidiyə və Şadgan həbsxanalarında saxlanılır. İndiyədək adları bəlli olan tutulanlardan heç bir xəbər almaq mümkün olmayıb.

Qeyd edək ki, eks-prezident Məhəmməd Xatəminin müavini olmuş Məhəmmədəli Əbtəhi 2005-ci ildə İran prezidentinə məktub yazaraq ərəblərin yaşadığı bölgələrə farsların köçürülməsinin lazım olduğunu bildirib. Ancaq məktub sonradan üzə çıxıb, bu isə etnik ərəblər arasında böyük narazılığa səbəb olub. Bu səbəbdən İranda yaşayan etnik ərəblər hər il aprelin 15-də buna etiraz olaraq aksiya keçirirlər. Hətta bu il aprelin 12-də vilayətin mərkəzi Əhvaz şəhərinin Cəniyə bölgəsində İran təhlükəsizlik qüvvələri ilə yerli sakinlər arasında qarşıdurma baş verib. İran təhlükəsizlik qüvvələrinin odlu silahdan istifadə etməsi nəticəsində 15 yaşlı gənc Mürtəza Subədi aldığı güllə yarasından həlak olub. Ümumiyyətlə, son günlər ərəblərə qarşı təzyiqlər geniş vüsət alıb.
XS
SM
MD
LG