İranın dövlət xəbər agentliyi IRNA-nin məlumatına görə, şənbə günü İranda İsrailin kəşfiyyat zabiti edam edilib.
IRNA xəbər verir ki, iddia edilən agent sirləri oğurlamaqda və onları İsrailin kəşfiyyat agentliyi Mossad-a verməkdə günahlandırılıb.
“Bu şəxs xarici xidmətlərlə, xüsusilə Mossadla əlaqə saxlayıb, məxfi məlumatlar toplayıb, və həmkarları ilə birlikdə sənədləri, Mossad daxil olmaqla, xarici xidmətlərə ötürüb,” IRNA deyib.
Edam İranın cənub-şərqi Sistan və Bəlucistan vilayətinin paytaxtı Zahidanda həyata keçirilib.
Bildirilib ki, ittiham olunan şəxs məxfi məlumatları “İslam Respublikasına qarşı olan qruplar və təşkilatlar üçün təxribat” məqsədilə “Mossad zabitinə” verib. İddia olunduğu kimi, sənədlərin harada ötürüldüyü bildirilməyib.
Şəxsin nə zaman həbs edildiyi aydın deyil, amma IRNA apellyasiya şikayətinin rədd edildiyini bildirib.
Edam bəluc militantları vilayətdə polis idarəsinə hücum edərək, 11 təhlükəsizlik işçisini öldürüb, bir neçə başqa nəfəri yaramalasından bir gün sonra həyata keçirilib.
Dövlət televiziyasının verdiyi məlumata görə, şənbə günü hücumun baş verdiyi Rask şəhərində öldürülən təhlükəsizlik işçiləri üçün dövlət dəfn mərasimi keçirilib. Sonrakı toqquşmalarda Caiş əl-Ədl qrupunun iki militantı öldürülüb.
Yoxsul Sistan və Bəlucistan vilayəti Əfqanıstan və Pakistanla sərhəddə yerləşir və orada tarixən təhlükəsizlik qüvvələri ilə sünni militantlar arasında toqquşmalar olub.Vilayət əhalisinin əksəriyyəti sünni müsəlmanlardır, iranlıların əksəriyyəti isə şiədir.
2022-ci ilin aprelində İranın kəşfiyyat rəsmiləri Mossadla əlaqəsi olan qrupa mənsub olduqlarını dedikləri üç nəfəfi həbs ediblər, ancaq edam olunan şəxsin onlardan biri olub-olmadığı bəlli deyil.
İran və İsrail uzun zamandır bir-birini casusluqda ittiahm edir. İsrail İranı ən böyük təhlükə olaraq görür və dəfələrlə İranın nüvə silahı əldə etməsinin qarşısın almaq üçün hərbi əməliyyat aparmaqla hədələyib. İran nüvə silahl inişaf etdirmək istədiyini inkar edir və hər hansı aqressiyaya sərt cavab verməklə hədələyib.
İranv axtaşırı ABŞ və İsrail də daxil olmaqla, xarici ölkələrə casusluq etdiklərini iddia etdiyi şəxslərin saxlanıldığını elan edir.
2020-ci ildə İran ABŞ və İsrailə daha sonra ABŞ-ın İraqda həyata keçirdiyi dron hücumu nəticəsində gəlak olan İslam İnqilabı Keşikçilərinin tanınmış generalı barədə məlumat sızdırmaqda təqsirli bildiyi bir nəfəri edam edib.
İran İsraili tanımır və region boyu, Hizbullah və HƏMAS daxil olmaqla İsrail əleyhinə olan silahlı qrupları dəstəkləyir
Forum