Accessibility links

İran hökuməti tələbə qızları hicab qanunu ilə bağlı "məşğələlərdə" iştirak etməyə məcbur edir


İranın bir qrup aliminin bildirdiyinə görə, onlarla qız tələbə ölkədə icbari hicab qanununa "düzgün" əməl etmədiklərinə görə, "məcburi məsləhət sessiyalarında" iştirak etməli olub.

Keçən il sentyabrın 16-da 22 yaşlı Məhsa Əmininin baş örtüyünü düzgün örtmədiyi iddiası ilə polis nəzarətində olarkən ölümü minlərlə qəzəbli iranlının daha çox azadlıq və qadın haqları tələbi ilə küçələrə çıxmasına səbəb olub.

Əsasən Tehranda olmaqla, bir çox tələbənin dərsə gəlməkdən imtina etdiyi universitetlərdə çoxsaylı etiraz aksiyaları keçirilib. Etiraz edən tələbələr mitinqlərdə “Qadın, Həyat, Azadlıq” və “Diktatora ölüm” şüarları səsləndirib. Bəzi qız tələbələr baş örtüklərini yandırıb.

İran Tələbələri Birlik Şurası Şiraz Universitetinin tələbələrinə göndərdiyi çağırışda “hicabın çıxarılması və müvafiq tələbə geyiminin olmaması” “pozuntu” kimi qeyd edilib və onlardan məcburi məsləhət üçün universitet rəhbərliyi ilə əlaqə saxlamaları tələb olunub.

Eyni zamanda Şura ölkənin digər universitetlərində də analoji tədbirlərin həyata keçirildiyini bildirib. Onların arasında bir qrup tələbə qıza mesajı göndərərək, “məcburi mədəniyyət düşərgəsində” iştirak etməyə dəvət edən Tehranın Sur Universiteti də var.

Son həftələr etiraz edən tələbələri müşayiət etdikləri üçün universitet professorlarının işdən kənarlaşdırılması və ya fəaliyyətinin dayandırılması ilə bağlı xəbərlər verilib.

Etirazların əksəriyyətində tələbələr professorlardan onlara dəstək olmalarını istəyiblər. Bəzi universitet professorları və müəllimləri isə etirazçılarla həmrəy olduqlarını bildiriblər.

Universitetlər və tələbələr uzun illərdir ki, İranda daha böyük ictimai və siyasi azadlıqlar uğrunda mübarizənin önündə olub. 1999-cu ildə tələbələr gündəlik islahatçı qəzetin bağlanmasına etiraz etməsi Tehran Universitetinin yataqxanalarına bir tələbənin ölümü ilə nəticələnən zorakı basqına səbəb olub.

XS
SM
MD
LG