Accessibility links

İranın xarici işlər naziri ölümcül hücumdan sonra Suriyada yeni konsulluğunu açıb


İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian (solda) və suriyalı həmkarı Faysal Mekdad
İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian (solda) və suriyalı həmkarı Faysal Mekdad

İranın xarici işlər naziri ölkənin Dəməşqdəki yeni konsulluğunun açılışını edib. Açılış regionda gərginliyin daha da artmasına səbəb olan İsrailin günahlandırıldığı ölümcül zərbənin keçmiş binanı dağıtmasından bir həftə sonra olub.

Dəməşqin əsas müttəfiqi olan Tehran keçən bazar ertəsi İran səfirliyinin konsulluq şöbəsinə ikisi general olmaqla, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) yeddi üzvünün ölümünə səbəb olan hava hücumunun qisasını alacağına söz verib.

Konsulluğa zərbə İranın dəstəklədiyi Fələstin silahlı qruplaşmasının oktyabrın 7-də İsrailə dəhşətli hücumu ilə başlayan İsrail və HƏMAS arasında davam edən müharibə fonunda həyata keçirilib.

Dəməşq və Tehran keçən bazar ertəsi basqına görə İsraili günahlandırıb. Lakin İsrail heç bir şərh verməyib.

Dövlət xəbər agentliyi SANA-nın bildirdiyinə görə, İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian Dəməşq binasında yeni konsulluq bölməsinin açılışını bazar ertəsi əvvəl də görüşdüyü suriyalı həmkarı Feysəl Mekdadın iştirakı ilə edib.

Açılış mərasimində iştirak edən France Press agentliyinin müxbiri bildirib ki, yeni konsulluq digər xarici səfirliklərin və BMT-nin ofislərinin də yerləşdiyi dəbdəbəli Mazzeh bölgəsinə edilən hücum zamanı dağılan binalardan uzaqda deyil.

Əmir-Abdullahian həmçinin prezident Bəşər Əsədlə də görüşməyi planlaşdırır. Suriyanın hökumətyönlü Əl-Vətən qəzeti onun Dəməşqdəki danışıqlarının "əsasən" keçənhəftəki zərbənin əks-sədası üzərində olacağını bildirib.

İranın xarici işlər naziri bazar günü Tehran və Qərb arasında uzun müddətdir vasitəçi olan regional səfərinə Omandan başlayıb.

İranın ali dini liderinin müşaviri bazar günü Dəməşq hücumundan sonra İsrail səfirlikləri “artıq təhlükəsiz deyil” deyib.

Forum

XS
SM
MD
LG