Accessibility links

İranın neft tankeri Çinin şərq sahilləri yaxınlığında alovlanıb


İranın neft tankeri Çinin şərq sahilləri yaxınlığında alovlanaraq, 32 nəfərdən ibarət gəmi heyətinin itkin düşməsinə səbəb olub. Onların əksəriyyəti iranlılardır.

30 iranlı və 2 banqladeşlinin olduğu tanker alovlandıqdan sonra hələ də hərəkətdə idi. Çinin polis gəmiləri və 3 neft axıntısı təmizləyicisi hadisə yerinə göndərilib.

Cənubi Koreyanın sahil keşikçiləri də axtarış əməliyyatları üçün gəmi və təyyarələrini səfərbər edib.

Panama qeydiyyatlı gəmi İrandan Cənubi Koreyaya iqtiqamət almışdı. Gəmi Honq Konq qeydiyyatlı CF Crystal gəmisi ilə Çin sahillərindən 160 kilometrlik məsafədə toqquşub.

Toqquşma 136 min metrik ton neft daşıyan tankerin açıq suda yanmasına səbəb olub.

CF Crystal gəmisinin çinli 21 üzvü xilas edilib.Toqquşmanın səbəbi bəlli deyil.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG