Accessibility links

İran generalı Türkiyədə səfərdədir


Türkiyə hərbi qərargahlar rəisi Hulusi Akar Ankarada İran hərbi qüvvələrinin heyətinin rəhbəri general-mayor Məhəmməd Hüseyn Bagerini qarşılayır
Türkiyə hərbi qərargahlar rəisi Hulusi Akar Ankarada İran hərbi qüvvələrinin heyətinin rəhbəri general-mayor Məhəmməd Hüseyn Bagerini qarşılayır

İranın hərbi qüvvələrinin yüksək rütbəli generalı Türkiyəyə səfər edib.

İran hərbi qüvvələrinin heyətinin rəhbəri, general-mayor Məhəmməd Hüseyn Bageri İranın yüksək rütbəli hərbiçiləri və rəsmi nümayəndələrdən ibarət nümayəndə heyətinin başçısı kimi Ankaraya üç günlük səfərinə başlayıb. Bu, 1979-cu ildə İran inqilabından sonra İran hərbi qüvvələrinin heyətinin rəhbərinin Türkiyəyə ilk səfəridir.

İki qonşu ölkə olan İran və Türkiyə İraq və Suriyada rəqib olsalar da, ümumi dil tapmağa çalışır.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdğan özünü regionda sünni müsəlmanların müdafiəçisi kimi göstərir. Ərdoğan Tehranın İraq və Suriya ilə bağlı siyasətinin kəskin tənqidçilərindən biridir.

İran generalının Tükiyəyə səfəri Tehran, Ankara və Moskvanın Suriyada vətəndaş müharibəsinə son qoymaq məqsədilə Astana prosesi çərçivəsində əməkdaşlıq apardığı bir vaxta təsadüf edir. Bagirinin səfəri zamanı Suriya münaqişəsinin müzakirələrin diqət mərkəzində olacağı gözlənilir.

İran generalının Ankara rəsmiləri ilə danışıqları zamanı regionda kürdlərin istəkləri ilə bağlı məsələ də yer alacaq. Hər iki ölkədə çox sayda kürd azlığının nümayəndəsi ilə bağlı narahatlıqlar mövcuddur. Gələn ay İraq kürdlərinin müstəqilliyə dair referendumu Tehran və Ankara tərəfindən böyük etirazla qarşılanır.

XS
SM
MD
LG