Accessibility links

İranın hərbi büdcəni artırması regional ambisiyalardan xəbər verir


İran rəsmisi bəyan edib ki, hərbi büdcəyə əlavə $2.5 milyard dolların ayrılması ölkənin “hərbi imkanlarını” genişləndirəcək.

İran parlamentinin üzvü və büdcə komitəsinin sədri Əli Əsğər Yusifnejad İRNA Dövlət Xəbər Agentliyinə deyib ki, $2.5 milyard mart ayında başlanacaq büdcə ili üçün nəzərdə tutulmuş ümumi məbləğin üstünə gələcək.

Bu büdcənin nəhəng hissəsi İran hökumətinin Yəmən, Suriya, Livan və Fələstindəki əlaltılarına dəstək məqsədilə xərclənəcək.

Deyilənə görə İranın ali dini lideri Ayətulla Əli Xameneyi hərbi xərcləmədə artımı təsdiq edib.

Əlavə vəsait ölkənin neft və qaz sərvətlərinin idarəçiliyi ilə məşğul olan İran Milli İnkişaf Fondundan qaynaqlanır. Bu pullar bir qayda olaraq İran hökumətinin vacib bildiyi sahələrə xərclənir.

İranın hərbi büdcəsində baş verən artım ölkə boyu baş qaldıran etiraz dalğasından sonraya təsadüf edir. Etirazçıların əsas şüarlarından biri İran hökumətinin prioritetləri - konkret olaraq, regional hərbi layihələri vətəndaşlarının rifahından üstün tutması ittihamı idi.

Bəzi təhlilçilər inanırlar ki, İran hərbi büdcəsinin böyük kəsimini xarici hərbi müdaxilələrə sərf edir. Və bu büdcənin artırılması İranın regional ölkələrdə müdaxilələrini genişləndirəcək.

İranda son etiraz dalğasının başlıca şüarı hökumətin xalqın rifahına yox, regional müharibələrə diqqət ayırması idi.
İranda son etiraz dalğasının başlıca şüarı hökumətin xalqın rifahına yox, regional müharibələrə diqqət ayırması idi.

“Bu büdcənin nəhəng hissəsi İran hökumətinin Yəmən, Suriya, Livan və Fələstindəki əlaltılarına dəstək məqsədilə xərclənəcək,” Maltada qərarahlanan iranlı təhlilçi Babək Tağvayi Amerikanın Səsinə deyir. “İran Hezbollah, Həməs, Hutilər və başqa şiə militantlarına müxtəlif layihələr vasitəsilə yüksək dəyərli dəstək verir.”

İnsanların real çətinliklərlə üzləşdikləri bir vaxt büdcədə belə bir planlaşdırmanın aparılması İranda söz sahiblərinin xalqdan və reallıqdan nə qədər uzaq olduqlarını göstərir.

Tağvayinin sözlərinə görə İranda hökumət şəffaf olmadığına görə regional müharibələrə xərclənən vəsaitin dəqiq miqdarını bilmək mümkün deyil. Rəsmi Tehran əslində ümumiyyətlə regional müharibələri maliyyələşdirdiyini inkar edir.

Vaşinqtonda qərargahlanan Yaxın Şərq İnstitutunun eksperti Aleks Vatanka hesab edir ki, pulun müdaxilə xərclərinə ayrılması göstərir ki, İranın dini hökuməti sadə iranlıların qayğılarından bixəbərdir.

“İnsanların real çətinliklərlə üzləşdikləri bir vaxt büdcədə belə bir planlaşdırmanın aparılması İranda söz sahiblərinin xalqdan və reallıqdan nə qədər uzaq olduqlarını göstərir," o bildirib.

XS
SM
MD
LG