Accessibility links

İranın şimalında xəstəxanada baş verən yanğında 9 nəfər həyatını itirib


Dövlət mediası çərşənbə axşamı İranın şimalında yerləşən Rəşt şəhərindəki xəstəxanada baş verən yanğın nəticəsində azı doqquz xəstənin həyatını itirdiyini bildirib.

Dövlət IRIB agentliyinin bildirdiyinə görə, Qaim xəstəxanasındakı yanğın bazar ertəsi gecə saat 1:30-da baş verib və əlavə edib ki, yanğın söndürülüb, müstəntiqlər buna nəyin səbəb olduğunu müəyyən etməyə çalışır.

"Təəssüf ki, bu yanğında 9 nəfər həyatını itirib", Rəştdəki Gilan Tibb Elmləri Universitetinin prezidenti Məhəmməd Tağı Aşobi deyib.

O, dövlət televiziyasına deyib ki, “ölən xəstələrin çoxu reanimasiya şöbəsidə olub”.

Məlumata görə, xəstəxanada 250 çarpayı var və yanğın zamanı onlardan 142-si tutulmuş olub.

2023-cü ilin noyabrında Gilan vilayətinin Ləngərud şəhərində Narkoloji Reabilitasiya mərkəzində baş verən böyük yanğın zamanı 32 nəfər həyatını itirmişdi.

2020-ci ilin iyun ayında Tehranın şimalındakı bir klinikada yanan qaz balonlarının səbəb olduğu güclü partlayış zamanı 19 nəfər ölmüşdü.

Forum

XS
SM
MD
LG