Accessibility links

İran alimləri ətraf mühit müdafiəçisinin ölümü ilə bağlı izahat tələb edir


İranın görkəmli alimləri rəsmilərin tanınmış ətraf mühit müdafiəçisinin həbsxanada özünə qəsd etdiyini bildirməsindən sonra onun ölümü ilə bağlı izahat tələb edir.

İran prezidenti Həsən Ruhaniyə ünvanlanmış məktubda İranın ən yüksək səviyyəli universitetlərini təmsil edən dörd alim icmasından bir qrup Kavos Seyid İmaminin həbsi və ölümü ilə əlaqədar xəbərlər və şaiyələrin inandırıcı olmadığını deyib.

Rəsmilər İranın Canlı Təbiətin Mühafizəsi Fondunun banisi olan 63 yaşlı İmaminin ailə üzvlərinə onun həbs edildikdən iki həftə sonra özünü öldürdüyünü deyib.

İran və Kanada vətəndaşı olan İmami Tehranda İmam Sadegh Universitetinin tanınmış professorlarından biri idi.

Tehranın baş prokuroru İmamini casusluqda şübhəli bilinərək həbs edilən ətraf mühit fəallarından ibarət qrup ilə əlaqədə təqsirləndirib.

XS
SM
MD
LG