Accessibility links

İranda etirazların səngiməyəcəyini qəbul edənlər az deyil


İrandakı sərt-xətt tərəfdarları arasında belə hökumətin benzinin qiymətini qaldırmasına səbəb olan genişmiqyaslı etirazlar, zorakılıqlar və təhlükəsizlik qüvvələrinin basqılarından sonra bir faktı anlayanlar var - bu, nümayişçilərin küçələrə son çıxışları olmayacaq.

İran ABŞ-ın sarsıdıcı sanksiyaları ilə mübarizə apardığı, prezident Donald Trampın Amerikanın dünya qüdrətləri ilə Tehranın nüvə razılaşmasından birtərəfli şəkildə çıxdığı, ortaya çıxan sivil hökumət və şiə teokratiyası ilə üzləşdiyi bir vaxt xərclərini hansı sahədə azalda biləcəyi ilə bağlı çətin qərarlarla qarşılaşacaq.

Bu ixtisarlar çox güman ki, yoxsulların dolanması üçün əlverişli olan hökumət subsidiyaları və evlərindəki ucuz elektrik enerjisindən tutmuş, çörəyə qədər yönələcək. Və bu sahələrdə qiymətlərin artırılmasına dair hər bir addım daha çox etirazlara səbəb olacaq. Lakin hökumətin başqa bir seçimi olmaya bilər.

Noyabr ayının 15-də İranın benzinin qiymətini 50% artıraraq, 1 litr üçün 15 min riala qaldırmasına qarşı etirazlar İranın 100-ə yaxın şəhər və qəsəbəsinə yayılıb.

Bu, bir litr benzin üçün 12 sent deməkdir. Müqayisə üçün ABŞ-da bir qallon (təxminən 4 litr) benzinin orta qiyməti 2 dollar 58 sentdir.

Ucuz benzin 1979-cu ildən, İslam İnqilabından bəri onilliklər ərzində dünyanın dördüncü ən böyük xam neft ehtiyatına sahib olan İranda doğumdan verilən hüquq hesab olunur. İşsizlərin xərclərinin az olmasına yardım məqsədilə bu vaxta qədər İranda benzin dünyada ən ucuz olaraq qalırdı.

İran hökumətinin çox etimal ki, benzin subsidiyalarını tətbiq etmək cəhdində seçimi çox azdır. Parisdə yerləşən Beynəlxalq Enerji Agentliyinin verdiyi məlumata görə, İran 2018-ci ildə neft subsidiyalarına 26,6 milyard dollar xərcləyib. İran eləcə də Ümumdaxili Məhsuldan 15 faiz, yəni 69,2 milyard dollar neft, elektrik və təbii qaz subsidiyalarına xərcləyib.

Benzinin qiymətində artım olsa da, İran yenə də yanacağa subsidiya ödəyir. Özəlləşdirmə səylərinə baxmayaraq, İran iqtisadiyyatının böyük hissəsi dövlətə məxsusdur. Digər əsas subsidiyalar arasında çörək və buğda, dizel yanacağı, istilik yağı və elektrik enerjisi var.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG